backend

Göygöl Suvarma Sistemləri İdarəsində KORRUPSİYA: İlqar Məhərrəmov idarədə TAPILMIR, baş mühəndis isə...

Göygöl Suvarma Sistemləri İdarəsində KORRUPSİYA: İlqar Məhərrəmov idarədə TAPILMIR, baş mühəndis isə...

Korrupsiyaya uğrayan idarədə rəis İlqar Məhərrəmovun və baş mühasibin talançılığı son həddə çatıb. Rəis İlqar Məhərrəmovun vəzifə borcuna laqeyd münasibəti nəticəsində Göygölün əkin sahələrində və Üçtəpə kəndində və digər kəndlərdə ciddi suvarama problemləri yaranır.
Suvarma suyunun çətinliklə və baha qiymətə verilməsindən əziyyət çəkən fermerlər idarə rəisi İlqar Məhərrəmovun qanunsuz hərəkətlərindən, dövlət əmlakının dağılmasından şikayətlkənirlər.
İdarənin bir neçə su nasosu və traktorların ehtiyat hissələri oğurlansada, rəis İlqar Məhərrəmovun bu barədə polisə məlumat verməyib. Ona görə də idarədə tez-tez oğurluq olur. Xüsusilə ehtiyat hissələri və yanacaq daha tez-tez oğuralanır. Kimi deyir rəis İlqar müəllim bunu bilərəkdən oğurluq adlandırır ki, heç kəs onun işindən baş açmasın. Kimi də deyir ki, yanacağı özünəməxsus Yanacaqdoldurma məntəqəsində satdırır, adına da qoyur ki, oğurlanıb. Ona görə də hüquq-mühafizə orqanlarının nüdaxiləsinə ciddi ehtiyac var. Lakin bunu barədə polisə məlumat verilmir. Deyilənə görə İlqar müəllim polisə etibar etmir. Nə dərəcədə haqlıdır? Deyə bilmərik.
İşçilərin dediyinə görə burada Korrupsiyayya baş mühasib başçılıq edir. O Kapital Bankdakı dostunun vasitəsilə pulları asanlıqla özəlləşdərir.
İdarədə baş verən neqativ hallar, idarəyyə məxsus texnikanın və Ekskvatorların icarəyə verilməsindən qazanılan pullar da şəxsən İlqar Məhərrəmova çatır.
İdarə rəisi İlqar Məhərrəmovun yaydığı xəbərə görə tezliklə icra başçısı olacaq. Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi isə hələ ki, İlqar Məhərrəmovdur . Bu idarənin Korrupsiya İdarəsi tərəfindən ciddi təftişə ehtiyac var.
Heç kimə sirr deyil ki, suvarma işlərini düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyin artırır, məhsul bolluğu yaradır.
Məlum olduğu kimi, Göygöl rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil edir. Bu səbəbdən də rayon iqtisadiyyatının inkişafı üçün Göygöl Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə payız vaxtı taxıl suvarmasında problem daha çox olur. Daxil olan məlumatlarda yerli fermerlər Göygöl Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi İlqar Məhərrəmov tərəfindən ciddi qanun pozuntularına yol verdiyindən şikayətlənirlər. Bildirilir ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilməmiş, görülən işlər isə keyfiyətsiz və az effektli olmuşdur. Suvarma kanallarınada, kollektor-drenaj şəbəkəsində lildən təmizlənmə işləri də yarımçıq görülmüşdü.
Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşınalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olur.
Həmçinin məlumatlarda bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında oalan texnika, avadanlıq və mexanizmilərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması, idarəyə ayrılan yanacağın necə gəldi talan edilməsi nəticəsində küllü miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir.
Güc transformatorların, elektirik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında küllü miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanaması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.
Təbii ki, ərazilərin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün Göygöl Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisinin üzərindədir. Təəssüflər olsun ki, bu gün biz hələ də öz şəxsi maraq və mənafeylərini ümumi işimizdən, hətta milli mənafelərdən belə üstün tutan məmurların yarıtmaz fəaliyyətləri ilə tez-tez rastlaşmalı oluruq.
Göygöl Suvarma Sistemləri İdarəsinin işindən yerli fermer və təsərrüfat rəhbərlərinin artmaqda olan narazılıqlarını isə ən azından bu qurumun fəaliyyətinin səlahiyyətli instansiyalar tərəfindən ciddi şəkildə təftiş olunması zərurətini ortaya qoyur.
Təəssüf ki, İlqar Məhərrəmovu idarədə tapıb mövqeyini öyrənə bilmədik.
İlqar müəllim danışmaq istəməsə də baş mühasibin mövqeyini işıqlandırmağa hazırıq.