backend

Əhməd Əhmədzadə və oğlunun Qaxda biznes şəbəkəsi

Əhməd Əhmədzadə və oğlunun Qaxda biznes şəbəkəsi
















Meliorasiya və Su Təsərrüfatı ASC-də kütləvi mənimsəmələr aşkarlanıb

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tikilən obyektlərə şəxsən özü nəzarət edir


Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ayrı-ayrı rayon şöbələrində mənimsəmələr artıb. Bununla bağlı qəzetimizə daxil olan xəbərlərdə bildirilir ki, yaxın vaxtlarda müvafiq qurumlar ASC-nin bir sıra rayon şöbələrində yoxlamalara başlayacaqlar. Mümkündür ki, qurumun ayrı-ayrı rayon şöbələri deyilənləri təkzib edib bildirərlər ki, hər şey şəffafdır heç bir korrupsiya həyata keçirilmir. Əgər həqiqiətən də ASC-də yeyinti halları mövcud deyilsə, o zaman bu qurumun bəzi yerli idarə müdirləri dəbdəbəli həyat şəraitini və milyonları hardan əldə ediblər? Məsələ burasındadır ki, ASC-nin ən kiçik rayonlarının idarə müdirlərinin istifadə etdikləri şəxsi aftomobillərinin qiyməti 80 min dollardan artıqır. Hətta bəzi rayonların su istismar idarələrinin müdirlərinin belə, avropalı milyonerlər kimi dəbdəbəli həyat şəraitləri mövcuddur.

Rayonlarda Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarə müdirlərinin sərvətini müşahidə etdikdən sonra əmin ola bilərik ki, adıçəkilən qurumun bəzi rəsmiləri həqiqətən də korrupsiya dənizində üzür və bu strukturda çalışan məmurlar dövlətin milyonlarını şəxsi həyatlarının rifahı üçün istidfadə edirlər. Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismar İdarəsi, Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sisitemləri İstismarı İdarəsi, Mərkəzi Muğan Qış Otlaqlarının Su təminatı İstismarı İdarəsi, Boz Dağ Qış Otlaqlarının Su təminatı Sistemləri İstismarı İdarəsi, Pirəzə Mexaniki Suvarma İdarəsi, Yuxarı Qarabağ Kanalı İstismar İdarəsi və Yuxarı Şirvan Kanal istismar İdarələrinə 2013-cü ildə 5,4 milyon manat vəsait ayrılıb. Həmin qurumların rəsmiləri iddia edirlər ki, vəsaitlər isə nasoslar üçün mexaniki avadanlıqların, maşınların və digər texnikaların ehtiyat hissələrinin, tikinti üçün mal materialların alınmasına sərf olunub. Lakin həmin idarələrə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı kiçik araşdırma apardıqda ayrılan vəsaitlərin həmin qurumların bəzilərinin müdirləri tərəfindən ustalıqla sənədləşdirilərək mənimsənilməsi üzə çıxır. Nəzərinizə çatdıraq ki, Meliorasiya və Su Təsərrüfatı ASC ümumilikdə 120 idarədən ibarət səhmdar cəmiyyətdir. Ümumi hesablamalar apardıqda aydın olur ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1,2 milyard manatdan çoxdur. Qəribədir, ASC-nin işi kafi olduğu halda hər il 1,2 milyard vəsait hara sərf olunur? Əlbəttə, bu suallara ən çox yeyintilərə yol verilən nazirlik və dövlət komitələri arasında ilk sırada Meliorasiya və Su Təsərrüfatı ASC-nin bəzi rayon şöbələrinin dayandığını gördükdə cavab tapmaq mümkün olur. Meliorasiya və Su Təsərrüfatı ASC-nin də saytından məlum olur ki, ASC ümumilikdə 120 idarədən ibarət səhmdar cəmiyyətdir. Səhmdar Cəmiyyət suvarma sistemləri idarələri - 48 idarə, kollektorların istismar idarələri - 8 idarə, su anbarların, hidroqovşaqların və magistral kanalların istismar idarələri - 13 idarə, meliorasiya idarələri - 4 idarə, mexaniki suvarma idarələri - 10 idarə, subartezan quyularının istismar idarələri - 9 idarə, melioservis idarələr - 23 idarə, Azmelsutəsərrüfat - ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunun fəaliyyətinə nəzarət edir. Bütün bunlar bir yana, ACS-də 24 min 900-dən çoxn adam işləyir. Beləcə, il ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1,2 milyard manat təşkil edir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələrinə nəzər saldıqda il ərzində dövlətin yüz milyonlarca manat vəsaitinin yoxa çıxması məlum olur. ASC-nin bəzi rəsmiləri ən böyük maxinasiyaları ASC-nin tabeliyində olan Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsində həyata keçirirlər. Həmin İdarənin rəisi Əhməd Əhmədzadəyə yaxınlığı ilə tanınan Tofiq Alışovdur. Təkcə ötən il Texnoloji İstehsalat və Komkplektləşdirmə İdarəsi mal materialların alınması, traktor ehtiyat hissələrinin, su nasos ehtiyat hissələrinin, su nasoslarının və başqa hissələrin alınması üçün 20 milyona yaxın köçürmə əməliyyatı həyata keçirib. Bildirilir ki, alınan ehtiyat hissələrinin və bir çox avadanlıqların qiymətləri sənədləşdirilmələrdə şişirdilib və külli miqdarda dövlət vəsaiti yoxa çıxıb. Bildirilir ki, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsinin bütün əməliyyatları birbaşa ASC-nin rəhbərliyində təmsil olunan şəxslər tərəfindən razılaşdırılmış şəkildə reallaşdırılır. Əgər bu belə olmasaydı idarə rəisi Tofiq Alışov həftənin çox hissəsini Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin və yaxın ətrafının yanında keçirməzdi. Əlindən yüz min manatlarla vəsait keçirən Tofiq Alışov keçirdiyi maliyyə əməliyyatları barədə rəhbərliyə hər gün birbaşa hesabat verdiyi bildirilir.

Bununla yanaşı, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərinin də adı biznes əməliyyatlarında hallandırılır. Məsələn, onun kurasiyasında olan bir sıra rayonların turizm və sahələri Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərinin nəzarətindədir. Əldə etdiyimiz məlumatlara görə, rayonların bütün turizm sahələrini nəzarətinə alan Meliorasiya və Su təsərrüfatı ASC rəhbəri Əhməd Əhmədzadə hazırda Qaxın mərkəzi küçələrində ticarət obyektləri tikdirir. Bildirilir ki, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tikilən obyektlərə şəxsən özü nəzarət edir və görülən işlərlə mütəmadı olaraq maraqlanır. Qeyd edək ki, Musa Şəkiliyevin Əhməd Əhmədzadə ilə qohumluq əlaqələri var və icra başçısı vəzifəsinə məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin himayəsi ilə təyin olunub. Qax, Zaqatala və Balakən rayonlarında möhkəmlənən Əhmədzadələr bu regionda müxtəlif turizm obyektlərinə, otellərə, restoranlara və çoxlu sayda müxtəlif sahəli obyektlərə yiyələnib.

Qəzetimizə daxil olan məlumatda göstərilir ki, adıçəkilən rayonlarda bütün biznes sahələrinə Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə nəzarət edir. Qax, Zaqatala və Balakən rayonlarındakı bütün biznesa sahələri, obyektlər, otellər və tikilməkdə olan mağazalar Cuma Əhmədzadənin adına olan şirkətin tabeliyindədir. Qeyd olunur ki, hazırda Qax rayonunda olan "El Resort beş ulduzlu otel, "Yaşıl park”, "Ulu”, "İmproteks”, "Ballı bulaq”, "Qafqaz” " Eden” park hotel, "Səngər qala” istirahət mərkəzləri, "Şəfa” istirahət və müalicə ponsionatı, "İlisu” ponsionatı və "Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadənindir. Bütün bunlar Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin biznes imperiyasından xəbər verir.

Əldə etdiyimiz məlumatlarda bildirilir ki, müvafiq orqanlar da ASC-dəki mənimsəmələrdən məlumatlıdırlar və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində başlayacaq yoxlamalar da söylənilənlərin doğru olub-olmadığını araşdırmaq üçündür.

Araşdırmamız davam edir