backend

DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA

DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA















Daxili İşlər Nazirliyi Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyak saxlanılıb.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev qafqazinfo-ya açıqlamasında bildirib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.

Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Hadisənin törədən şəxsin kimliyi istintaq sirri sayıldığı üçün açıqlanmır.