backend

Azərbaycan prezidenti Balakən rayonunda

Azərbaycan prezidenti Balakən rayonunda














Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna səfər edib.

Dövlət başçısı əvvəlcə mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir.