backend

Təcili!!! BU OLİQARXLARA "ƏCƏL" ZƏNGİ - Şok isimlər

Təcili!!!  BU OLİQARXLARA "ƏCƏL" ZƏNGİ -  Şok isimlər

Hökumət oliqarxlaşmış Pirverdiyevlə Əhmədzadədən qurtulur - iqtisadi proje

Hakimiyyət oliqarxa çevrilmiş iki Açıq Səhmdar Cəmiyyəti rəhbərlərindən qurtuluşa hazırlaşır; Bu xilas həm büdcənin yükünün yüngülləşdirilməsidir, həm izafi xərclərin azaldılmasıdır, həm də kök atmış iri fiqurların yola salınmasıdır...

Etibarlı mənbədən Ulus.Az-a verilən məlumata görə, “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevlə “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadənin vəzifədən getməsinə aylar qalıb.

Hər iki qurumun səlahiyyətlərinin tamamilə azaldılması, ikincinin “Azərsu” ASC-yə birləşdirilməsi iqtisadi xəritədə yer alıb.

Hökumət hesablamalarda qənaətə gəlib ki, hər iki ASC-nin fəaliyyəti büdcəyə ağırlıq gətirir. Bu ağırlıq rəhbər şəxslərin varlanması və korrupsiya fəaliyyəti ilə də hiss olunur.

İqtisadi şərait isə səmərəli addımlar atmağı tələb edir. Bu iki ASC-nin mövcudluğu Əhmədzadə ilə Pirverdiyevin zəngin həyat yaşamasına kömək edir.

Düzdür, “Azərenerji” “Azərişıq”la birləşib, amma Pirverdiyevin müstəqil fəaliyyəti qalmaqdadır. Ona görə də struktur və kadr islahatlarının davamı kimi hər iki məmurun vaxtı çatıb.

Mediada yayılan məlumata görə, Ağstafaçay hidroqovşağının istismarı idarəsi, Bəhramtəpə hidroqovşağının istismarı idarəsi, Yuxarı Xanbulançay hidroqovşağının istismarı idarəsi, Mil-Muğan hidroqovşağının istismarı idarəsi, Tərtərçay hidroqovşağının istismarı idarəsi Əhməd Əhmədzadənin rəhbəri olduğu qurumun tərkibindən çıxarıla bilər.

Eyni sözləri Viləşçay su anbarının istismarı idarəsi, Əyriçay su anbarının istismarı idarəsi, Yuxarı Qarabağ kanalının istismarı idarəsi, Yuxarı Şirvan kanalının istismarı idarəsi, Samur-Abşeron kanalının istismarı idarəsi, Cənubi Muğan kanalının istismarı idarəsi, Şəmkirçay su anbarı və maşın kanalının istismarı idarəsi, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi haqda söyləmək olar.

Ulus.Az-a verilən məlumata görə, hökumət daxilində kadr islahatlarının yaxın vaxtlarda da davam etdiriləcəyi gözlənilir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir.

«Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyindəki idarələrin təchizat köçürmələrini araşdıranda il ərzində yüz milyonlarla manat vəsaitin dövriyyədə olduğunu görürük.

Bundan başqa, uzun müddətdir ki, hətta iqtidar mediasının da sərt tənqid hədəflərindən biri olan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev ətrafında halqa yenidən daralmağa başlayıb.

Deputat Çingiz Qənizadə "Azərenerji" prezidenti Etibar Pirverdiyevi açıq bir dillə korrupsiyada suçlamışdı.

Millət vəkili bildirmişdi ki, "Azərenerji" ASC-nın rəhbəri ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağlayır, dövlət vəsaitlərini talayır.

“Məsələn, su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırıldığının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb.

Ümumiyyətlə “Azərenerji” bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparır və nəticədə böyük korrupsiya faktları olur” - deyə Çingiz Qənizadə bəyanət etmişdi.

Bir daha vurğulayaq ki, "Azərenerji" prezidenti Etibar Pirverdiyev barəsində yalnız müstəqil və müxalif mətbuatın deyil, hakimiyyət və rəsmi dövlət qəzetlərinin də açıq tənqidlər, ittihamlar səsləndirdiyi tək-tük iri məmurlardan biridir.

Eyni zamanda ilk dəfə deyil ki, o, Milli Məclisdə bu qədər açıq bir dillə və kəskin tonda ittiham olunur.

Deputat Fuad Muradov da demişdi ki, dövlət insanların verdiyi vergiyə əsasən "Azərenerji"yə investisiya qoysa da, insanlar işıq problemindən əziyyət çəkirlər: "Ona görə də Hesablama Palatası "Azərenerji"nin fəaliyyətinə yenidən baxmalıdır”.

Bu rəsmi açıqlamalar və tənqidlərdən çıxan nəticə budur ki, Pirverdiyevin sonu uzaqda deyil. Eləcə də Əhmədzadənin də korrupsiya yuvasına çevirib taladığı meliorasiya idarəsi struktur islahatlarına nəticəsində dəyişə bilər.