backend

AĞ RƏNG QARA LƏKƏ GÖTÜRMÜR

AĞ RƏNG QARA LƏKƏ GÖTÜRMÜR

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu sitğuasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çğalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan ğköç etmək örnəyini qoymalıdır.

Təəssüflə qeyd etməliyik ki, günümüzdə bələ mənəvilər haqqında düşünənlər barmaqla sayılacaq saydadırlar. Sanki Azərbaycan adlı cəmiyyət bütünlüklə deqradasiyaya uğrayıb. Rəallıqda baş vərənlər insanı düşündürməyə, düşündükcə daha dərinlərə varmağa sürükləyir. Nədir bu dərinlik? Bu dərinlik var olduğu zamanlardan böyük eyni zamanda şərəfli tarix yaratmış bir xalqın az qala bütünlüklə cılızlaşmağa doğru üz tutmasıdır. Bu sual insanı qəlbən ağrıdır. Çəkilən bu ağrı insanda sanki dərdinə dərman bula bilməyən bir xərçəng xəstəsinin həyata baxışlarını əks etdirir. Bu uca millətə nə oldu? Başına döndüyüm qartal babalardan niyə, nədən sərçə nəvələr törədi? Nədən bizlər üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik. Axı represiya illərindən az qala bir əsr kəçib. Niyə bizim cəmiyyət hələ də o illərdə ilişib qalıb? Həmin illərdə bizlər öz ziyalılarımıza qənim kəsildik. Kimlərə şər atmadlq? Hüseyn Cavid, Əhməd Cavad, Şərqdə ilk dəmokratik cumhuriyyətin qurucularının daha kimlərin?Sonda tarix bizlərə anlardı ki, böyük rəzalətə imza atmışıq. Atdığımız bu addımlar bizləri xoşbəxt gələcəyə dəyil, bataqlığın lap dərinliklərinə itələyib. Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Təəssüflə qeyd ediləsi hal budur ki, savadsız elmi olmayanlarla bir cəbhədə çiyin-çiyinə vuruşan media nümayəndələrini görəndə, adam yaşadığı həyatdan çirkinir. Yəni onlarla birlikdə həyatda nəfəs alır, yaşayır. Yəni o da bu həyatda yaşayır, biz də.

AĞ RƏNG QARA LƏKƏ GÖTÜRMÜR

Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yərinə yətirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə ədilən vara yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları zakazları yerinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına, görə ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət vərib. Hesab etmirik ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin “kolleqa”larımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul edilərlər.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Həmin şər atdığınız adam millətimizin yüz ildə yətişdirdiyi ziyalılardan biridir. Şər atdığınız adam sıradan bir şəxs dəyil, böyük bir elin, bir obanın başcısıdır. Bəli, o həm el-oba adamı, həm də icra başcısıdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o, üzdən diriykən rəhmət qazanıb.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar Salyan əhalisi tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Salyan rayon icra başçısı Sevindik Hətəmov rayon əhalisi tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə dövlət başçısının təklifi ilə göndərilib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

AĞ RƏNG QARA LƏKƏ GÖTÜRMÜR

Salyan rayon icra başçısı Sevindik Hətəmov bütün ölkədə belə xarakterizə olunur


… Yeganə icra başçısıdır ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə icra başçısıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “başçı” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

… Yeganə icra başçısıdır ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

P.S.

Salyanda müşahidə olunan tendensiyalar, rayon vətəndaşları arasında keçrilən sorğuların nəticələri belə qənaətə gəlməyə əsas verir ki, Sevindik Hətəmovun rəhərliyi altında həyata keçirilən işlər birmənalı olaraq rayon əhalisinin bütün zümrələrini qane edir. Sevindik müəllim RİH-nin iclas və yığıncaqlarında idarə, müəssisə və təşkilatların fəaliyyətində aşkar olunan nöqsanlar barədə söylədiyi tənqidi fikirləri hesabatlarda dərc etdirməyi vacib sayır. Çünki o, özünütənqidi tərəqqiyə xidmət edən vasitə hesab edir. Di gəl, çox təssüflər olsun ki, Salyanda gedən inkişaf meyllərini gözü götürməyən, Sevindik Hətəmovun uğurlarını həzm edə bilməyən, qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ rəng qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.

Qaynarxett.az