backend

Təcili!!! QANLI MÜHARİBƏ: Rusiya üçün ƏTÇƏKƏN… - PUTİN İKİ YOL AYRICINDA...

Təcili!!!  QANLI MÜHARİBƏ: Rusiya üçün ƏTÇƏKƏN… -  PUTİN İKİ YOL AYRICINDA...

Ukrayna sərhədlərinin yaxınlığında Rusiya ordusunun konsentrasiyası Kiyevin narahatlığına səbəb olur. Kiyevdə hesab edirlər ki, Rusiya Ukraynada siyasi vəziyyətə təsirin əsas amili kimi müharibəyə və müdaxiləyə baxmaqda davam edir. Hərbi ekspert Yuri Butusov fərqli düşünür.
Publika.az xəbər verir ki, ekspert “Senzor.net” saytında müdaxilə üçün hazırda hərbi-siyasi ilkin şərtlərin yaranmadığını yazıb.
“2014-cü ildə Rusiya qoşunları Ukraynaya hücüm etdi. Putin hesablayırdı ki, Ukrayna ordusu dağılacaq, xalq qorxacaq, Kiyevdəki hakimiyyət Kremlə güzəştə gedəcək. Rusiya ordusu ukraynalıları Rusiya Federasiyasının təsir sahəsinə qayıtmağa məcbur etməli idi. Ukraynanın işğalı yalnız Ukrayna ordusu və dövlət aparatının tam dağılması halında mümkün ola bilərdi. Amma 2014-cü il avqust müharibəsi Rusiya ordusunun təşkilində ciddi problemlər olduğunu göstərdi. Döyüş ruhunun aşağı olması, Rusiya hərbçilərinin müharibəyə getməkdən kütləvi imtinası və hərbçilərin qohumlarının çıxışlarını xatırlamaq kifayətdir. Putinin islahatları Rusiya qoşunlarının döyüş bacarığını ciddi şəkildə yüksəltdi, amma bu ordu hələ də NATO standartlarından uzaqdır. Rusiya ordusu lokal əməliyyatları Ukrayna ordusunun idarə sistemində xaosa görə keçirə bildi”, - Butusov qeyd edib.
O bildirib ki, Rusiyanın hərbi müdaxiləsi üçün ilkin şərtləri 2014-cü illə müqayisədə daha azdır. Hərbi ekspert Rusiyanın hərbi müdaxiləsinə imkan verməyən 4 əsas faktoru göstərib.
1. Ukrayna dövlətin müdafiə qabiliyyətinin təminatında ciddi müvəffəqiyyətlərə nail olub. Yəni, müharibə təcavüzkar üçün yüngül gəzinti olmayacaq, bu “ətçəkən” olacaq.
2. Rusiya və Rusiya ordusu mənəvi cəhətdən Ukraynada böyük müharibəyə hazır deyil. Rusiya “gizlədilmiş müharibə”yə, yəni muzdlular və “məzuniyyətçilər”lə müharibəyə hazırdır. Amma Çeçenistan Respublikasının təkrarı olmayacaq. Axı Ukrayna Çeçenistan Respublikası deyil, burada Rusiya ordusunu ağır silahların tətbiqi ilə təşkil olunmuş müqavimət gözləyir.
3. Xarici siyasət. Burada vəziyyət Putin üçün sadəcə faciəlidir. Ukrayna diplomatik cəbhədə ciddi müvəffəqiyyətlərə nail olub. Üç il ərzində Rusiyaya qarşı sanksiyalar əhəmiyyətli dərəcədə genişlənib. Şübhə yoxdur ki, böyük müharibə olacağı halda, sanksiyaların yeni eskalasiyası olacaq və Rusiya iqtisadiyyatını yenidən əldən salacaq.
4. Daxili siyasət. Hərbi müdaxilə Ukraynada bütün daxili siyasət münaqişələrini yenidən bir kənara qoyacaq. Cəmiyyət ümumi düşmənə qarşı birləşəcək. 2017-ci ildə yanvar-fevral ayında Avdeyevka yaxınlığında döyüş göstərdi ki, Ukrayna xalqı bütün daxili problemlərə baxmayaraq, rəqibin hücumlarının dəf edilməsi işində tamamilə mütəşəkkil çıxış etməyi öyrənib. Rusiyanın müdaxiləsi olacağı halda, 2019-cu ildə rusiyayönlü partiyaların hakimiyyətə gəlmə ehtimalı tamamilə yoxa çıxır. Əksinə, Kreml tərəfindən maliyyələşdirilən bütün nəşrlər və siyasətçilər ölkənin siyasi həyatından tamamilə yox olacaq.