backend

Samiraldo: “Əli Kərimli özünü mənə oxşada bilər” - BUNA NƏ AD VERƏK?

Samiraldo: “Əli Kərimli özünü mənə oxşada bilər” -   BUNA NƏ AD VERƏK?

Vaxtilə AXCP-nin funksioneri olmuş Şahin Həsənli olduqca ciddi iddialara söykənən məqalə yazıb. O, məqaləsində qeyd edib ki, Əli Kərimlini uzun müddət tanıyan cəbhəçi kimi onun insanlardan öz məqsədləri üçün istifadə edərək sonradan yararsız əşya kimi tullamasının, şəxsi maraqlarının təmini məqsədilə partiya liderləri arasında intriqa yaratmasının, dediyi fikirlərə alternativ fikirlər söyləyən şəxslərə qısqanc yanaşmasının, uzun müddət kin saxlamasının, AXCP üzvləri ilə məharətlə manipulyasiya etməsinin şahidi olub.

Məqalədə diqqət çəkən digər məqam Əli Kərimlinin stilist Samiraldo ilə müqayisə olunmasıdır: "Cəmiyyət arasında nüfuzunuzun göstəricisi kimi "Facebook”da videolarınıza baxış sayları, səhifənizin izləyicilərinin və rəy bildirənlərin sayına önəm verərək, digər siyasətçilərin "like”larını saymaq xəstəliyinə düçar olduğunuzu, daha çox "like” və izləyici yığanların paxıllığını çəkdiyinizi hamımız bilirik. O, məntiqlə yanaşsaq, stilist-modelyer Samiraldonun sizdən daha nüfuzlu şəxs olduğu, cəmiyyətimizin ona rəğbət bəslədiyi qənaətinə gələ bilərik”

Əli Kərimli-Samiraldo bənzətməsi sosial şəbəkələrdə fərqli müzakirələrə yol açıb. Adı siyasi qalmaqalda çəkilən tanınmış stilist əməkdaşımıza Əli Kərimlini tanımadığını, belə bir siyasətçinin varlığından xəbərsiz olduğunu deyib.

"Əli Kərimli kimdir? Təzə çıxıb? Nə işlə məşğul olur, bilmirəm. Şou-biznesdə olsaydı, tanıyardım. Müxalifətdən heç kimi tanımıram. Ümumiyyətlə, maraqlanmıram. Yəqin bu səbəbdən Əli Kərimlini tanımıram. Amma, o, istəyirsə özünü Samiraldoya oxşada bilər. Seçim onundur, mənim nəyimə lazımdır. İnsan insana oxşaya bilər. Deyə bilmərəm ki, özünü mənə oxşatma. İstəyirsə, buyursun, problem yoxdur. Təki mən ona oxşamayım”. (azvision.az)


P.S:


Cülüncdür, deyilmi?! ...Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Təəssüflə qeyd etməliyik ki, günümüzdə bələ mənəvilər haqqında düşünənlər barmaqla sayılacaq saydadırlar. Sanki Azərbaycan adlı cəmiyyət bütünlüklə deqradasiyaya uğrayıb. Reallıqda baş vərənlər insanı düşündürməyə, düşündükcə daha dərinlərə varmağa sürükləyir. Nədir bu dərinlik? Bu dərinlik var olduğu zamanlardan böyük eyni zamanda şərəfli tarix yaratmış bir xalqın az qala bütünlüklə cılızlaşmağa doğru üz tutmasıdır. Bu sual insanı qəlbən ağrıdır. Çəkilən bu ağrı insanda sanki dərdinə dərman bula bilməyən bir xərçəng xəstəsinin həyata baxışlarını əks etdirir. Bu uca millətə nə oldu? Başına döndüyüm qartal babalardan niyə, nədən sərçə nəvələr törədi? Nədən bizlər üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik. Axı represiya illərindən az qala bir əsr kəçib. Niyə bizim cəmiyyət hələ də o illərdə ilişib qalıb? Həmin illərdə bizlər öz ziyalılarımıza qənim kəsildik. Kimlərə şər atmadlq? Hüseyn Cavid, Əhməd Cavad, Şərqdə ilk dəmokratik Cumhuriyyətin qurucularından daha kimlərin? Sonda tarix bizlərə anlatdı ki, böyük rəzalətə imza atmışıq. Atdığımız bu addımlar bizləri xoşbəxt gələcəyə dəyil, bataqlığın lap dərinliklərinə itələyib. Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Təəssüflə qeyd ediləsi hal budur ki, savadsız ,elmi olmayanlarla bir cəbhədə çiyin-çiyinə vuruşan media nümayəndələrini görəndə, adam yaşadığı həyatdan çirkinir. Yəni onlarla birlikdə həyatda nəfəs alır, yaşayırıq. Yəni o da bu həyatda yaşayır, biz də.

Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin-amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yərinə yətirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı bəzi KİV nümayəndələri nədən halal yolla əldə ədilən vara yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları zakazları yerinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına, ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət vərib. Hesab etmirik ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin “kolleqa”larımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul edilir.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, oxuculara məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Bütün həyatını ölkəmizin AZADLIGI VƏ MÜSTƏQİLLİYİ ücün sərf eləmiş əsl ziyalıi olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Bunun bir adı var, ŞƏRƏFSİZLİK!!!

Qaynarxett.az