backend

Şeyx Həccə gedənlərdən danışdı

Şeyx Həccə gedənlərdən danışdı






















Bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşəcək.

Bu il Həcc ziyarətinə ilk reys sentyabrın 23-dən 24-ə keçən gecə, saat 01.40 dəqiqədə həyata keçiriləcək.

qaynarxett.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən Axar.az-a verilən məlumata görə, artıq Səudiyyə Ərəbistanında zəvvarlarımızın bütün təşkilati məsələləri həll olunub.

Məkkə və Mədinə səfərlərində bina və otellər icarəyə götürülüb: zəvvarlarımız nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təmin olunacaq.

Ziyarətə gediş reysləri yalnız hava yolu ilə Səudiyyə Ərəbistanına məxsus “Nas” milli aviaşirkəti tərəfindən Bakı-Ciddə marşurutu üzrə, qayıdış reysləri isə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrlə həyata keçiriləcək.

Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərinə nəzərdə tutulub.

Bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşəcək. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcəkdir.