backend

ABŞ-da ard-arda zəlzələ

ABŞ-da ard-arda zəlzələ














ABŞ-ın Kaliforniya ştatında ard-arda zəlzələ olub

Bu barədə xəbəri Birləşmiş Ştatların Geoloji xidməti yayıb. Xəbərə əsasən birinci zəlzələ 5.7 bal gücündə olub. Yeraltı təkanlar Ferndeyl şəhərindən 218 km qərbdə qeydə alınıb. Zəlzələ ocağı isə okeanın 15.1 metr dərinliyində olub.

İkinci zəlzələ isə Ferndeyl şəhərindən 14 km aralıda qeydə alınıb. Bu yeraltı təkanların gücü 3.9 bal olub və okeanın 25.4 km dərinliyində baş verib.
Dağıntılar və təlafat barədə məlumat yoxdur.