backend

Bakı “Avro-2020”yə ev sahibliyi edəcək

Bakı “Avro-2020”yə ev sahibliyi edəcək






















UEFA-nın İcraiyyə Komitəsi qərar verib.

Bakı “Avro-2020”yə ev sahibliyi edəcək

qaynarxett.az xəbər verir ki, bununla bağlı qərar bu gün UEFA-nın İcraiyyə Komitəsinin yığıncağının ikinci günü Cenevrədə verilib.

Yarışın 60 illiyi ilə əlaqədar 13 ölkədə təşkil olunacaq “Avro-2020”-nin ev sahibləri bu iclasda müəyyənləşib.

Bu 13 yerə isə 19 iddiaçı var idi. Onlar arasında Azərbaycan paytaxtı Bakı da yer alıb.

London birbaşa olaraq Avropa çempionatının yarımfinal və final mərhələsinə ev sahibliyi edəcək. Bakıda yalnız qrup mərhələsinin 3 oyunu və play-off-un (1/8 və ya 1/4 final) bir görüşünu keçirlicək.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək.