Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qasımbəyli kəndində 1961-ci il təvəllüdlü Qismətəli Fəyyaz oğlu Əsgərov evdə qaz cihazında siqaret yandırmaq istəyərkən qəfildən partlayış olub.
Nəticədə Q.Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib.