backend

Şabranın icra başçısı yerində deyil ki... - Bu qədər narazılıq yaranır...

Şabranın icra başçısı yerində deyil ki... - Bu qədər narazılıq yaranır...















"Torpağı daş-qayadan təmizlədim, əkinə yararlı vəziyyətə gətirdim, bütün xərclərini, əziyyətini təkbaşına çəkdim. Sevinirdim ki, əkinlə məşğul olub ailəmi aclıqdan xilas edəcəm..." DİA.AZ bildirir ki, bunu Şabranın Daşlıyataq kənd sakini Şıxseyid Bağırov deyir.

Kəndlinin sözlərinə görə, üç övladı, bir neçə nəvəsi var. Uşaqlar xəstədir. Elə özü də şəkərli diabetdən əziyyət çəkir. İşsizlik belini qırıb. Ailəsini ehtiyaclar içərisində saxlayır. Üstəlik də öhdəliyində 68 yaşlı xəstə bacısı var. Ancaq ailə yükünü çəkə bilmir. Buna görə də hələ 3 il əvvəl Ağalıq kənd bələdiyyəsinə (Daşlıyataq həmin bələdiyyənin tərkibindədir) müraciət edib ki, ona əkin sahəsi ayrılsın. Bələdiyyə sədri də kənddəki örüş sahəsindən 30 sot ayıraraq ona verib.

Sonrasını şikayətçidən dinləyək: "Mən bələdiyyə sədrindən sənədli torpaq ayrılmasını istəmişdim. O isə mənə örüş sahəsindən sənədsiz istifadə üçün torpaq ayırdı. Dedi ki, ?kənddə sənədli torpaq yoxdur. Örüş sahəsi istifadəsiz qalıb. Ömrünün sonunadək ək, biç’... Beləcə, şifahi sözə aldandım. Onsuz da ağır durumda idim, həmin torpaq sahəsini yararlı hala gətirmək üçün də xeyli borclandım. Ərazini daşlardan təmizlədim, kotan salıb şumladım. Taxıl əkdim. 3 il sahədən götürdüyüm qazancla borclarımı qaytardım. Bu yaxınlarda bələdiyyədən bildirdilər ki, mənə verdikləri torpaq sahəsini başqasına satıblar".

Şikayətçinin deməsinə görə, torpaq sahəsi Bakıdan gələn bir nəfərə satılıb. Artıq həmin adamın şəxsi istifadəsinə verilib: "Dedim, ?neçə ildir bu torpaq mənim adıma rəsmiləşdirilmir, deyirsiniz ki, örüş yeridir, olmaz... Bəs başqasının adına necə mümkün olur?’ Bələdiyyə sədrinə ailə vəziyyətimi anlatmağa çalışdım. Yalvardım ki, himayəmdə xəstələr var, böyük ailə var, ac uşaqlar var... Məni söyüb otağından qovdu. Beləliklə də, əziyyətlə təmizlədiyim, hələ xeyrini yenicə görməyə başladığım sahə əlimdən alındı".

Kəndli iddia edir ki, bələdiyyə sədri yerli icra hakimiyyətində çalışan yaxın qohumlarına arxayındır. O, Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzinə də şikayət məktubu göndərib.

Qarşı tərəfi də dinləməyə hazırıq...