backend

«Haqqin.az» və «Virtualaz.org» ailəsinə ağır itki üz verib

«Haqqin.az» və «Virtualaz.org» ailəsinə ağır itki üz verib














Sentyabrın 30-da həyatının 71-ci ilində həmkarımız Rauf Əzimzadə dünyasını dəyişib.

"Qaynarinfo" xəbər verir ki, Rauf Əzimzadə haqqin.az-ın ilk günlərindən nəşrin ərsəyə gəlməsində böyük əməyi olanlardandır. Onun təcrübəsi, geniş dünyagörüşü və zəngin biliyi portalın inkişaf etməsində əhəmiyyətli rola malik olub.

İxtisasca meteoroloq olan Rauf Əzimzadə jurnalistikaya 90-cı illərdə gəlib və həmişə obyektiv mövqeyi ilə seçilən nəşrlərdə çalışıb – “Realnıy Azərbaycan”, “Xəzri”, haqqin.az. Ədəbi redaktor olsa da, bəzən özü də qələmi ələ alır, sosial həyatın problemlərindən yazırdı.

Rauf müəllimin əziz xatirəsi onun həmkarlarının, onu tanıyanların hamısının qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!