backend

Təcavüzə məruz qalan qız: Anam məni 1800 kişi ilə yatmağa vadar etdi

Təcavüzə məruz qalan qız: Anam məni 1800 kişi ilə yatmağa vadar etdi






















"Məni 7 yaşım olanda zorladılar"

"Anama nifrət edirəm. Bir övladın anasının ölümünü istəməsi düz deyil, Tanrı qarşısında günahdır. Amma mən nifrət edirəm! Çünki o, həyatımı cəhənnəmə döndərdi".

2011-ci ildəki qalmaqallı məhkəmədən bəri susduğunu deyən Annabel Forest danışıb. Annabelin sözlərinə görə, anası satanist idi və iblisə sitayiş mərasimləri zamanı onu çoxsaylı kişilərlə cinsi əlaqəyə girməyə vadar edib.

7 yaşında vəhşicəsinə təcavüzə məruz qalan Annabeli anası sonradan 1800 kişi ilə yatağa girməyə vadar edib. 17 yaşında isə Annabel anasının məşuqundan hamilə qalıb. Anası bundan xəbər tutanda qızının hamiləliyinə son qoymaq üçün Annabeli yerə yıxaraq təpikləyib. Zərbələr nəticəsində Annabel uşaq salıb.

Annabel 14 yaşında olanda anası onu satanist mərasim zamanı qonşuluqdakı kişilərlə cinsi əlaqəyə vadar edib. Həmin gecə Annabeli 6 kişi dəfələrlə zorlayıb.

2011-ci ildə Annabelin anası Jaklin Marlinq və onun qeyri-rəsmi nikahda olduğu əri Kolin Betlinin məhkəməsi olmuşdu. Onlar müvafiq olaraq 11 və 12 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Uelsin Llanelli şəhərdə yaşayan Kolin Betli qızını 7 yaşından "İblis cariyəsi"nə çevirmişdi.

"Məni 7 yaşım olanda zorladılar. 11 yaşımda isə 4 kişi səhərədək mənə təcavüz etdi. Hər həftə evimizdə iblisə sitayiş ibadətləri olurdu və bu ibadətlərdə də kişilər mənimlə cinsi əlaqədə olurdular. Qaçmaq istəmişdim dəfələrlə. Alınmadı. Kölə, qul kimi yaşayırdım. Anam məni nəinki məktəbə, heç həyətə də buraxmırdı", - Annabel deyib.

Onun sözlərinə görə, İblisə sitayiş ibadətlərinə gələn kişilərə "xidmət" edənlər arasında fahişəliklə məşğul olan Şeyla Millar da vardı: "Ağlayanda, belə ibadətlərdən qaçmaq istəyəndə Şeyla məni döyürdü və ikinci mərtəbədəki otağa aparıb yatağa yıxırdı. Sonra kişilər gəlirdilər... 18 yaşım tamam olanadək 1800 kişi ilə cinsi əlaqəyə vadar edildim. Anam deyirdi ki, kişilərlə yatmağım pul yığmaq, o pullarla satanist məbəd qurmaq üçündür".

Annabel onu da deyir ki, anası və atalığı Britaniyanın ən məşhur satanisti Alister Kroulinin fanatları idilər.