backend

Azər İsmayılovu iş yerində tapmaq müşkül məsələdir.

Azər İsmayılovu iş yerində tapmaq müşkül məsələdir.
















Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovun maxinasiyaları

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovu iş yerində tapmaq müşkül məsələdir.Redaksiyamıza daxil olan məlumatı araşdırmaq üçün dəfələrlə ona zəng açsaq da telefona cavab verən olmadı.Katibəsi də rəisin kabinetində olmadığını bildirdi.Naəlac qalıb məlumatı qəzetimiz vasitəsi ilə möhtərəm rəisə çatdırmaq məcburiyyətində qaldıq.
Məlumatlara görə direnaj kollektorların təmizlənməsi üçün hər il dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait ünvana çatmır, müxtəlif yollarla işbazlar tərəfindən mənimsənilir.
Sənədlərdən aydın olur ki, ayrılan vəsaitlər müxtəlif MMC-lər vasitəsi ilə saga-sola xərclənib. Siyahıya yenə məhşur iş adamı Hacı Qurban Abbasov başçılıq edir. Onun “İlkin” MMS-sinə 250.000 manatdan çox pul köçürülüb. Guya həmin şirkət ehtiyat hissələri alaraq tabeliyində olan texnikaları təmir etdirib, daha sonra kollektor qazıb. Digər əməliyyatlar "Elektro Servis" MMC və "Samir A.Ə." MMC -lə aparılıb. Təxminən bu müəssisələrə bir yerdə 230.000 manatdan çox pul ötürülüb. Nəticədə isə demək olar ki, heç bir iş görülməyib. Əhali min bir əzab-əziyyətlə əkdiyi məhsulu yığa bilmir.
Digər şikayət də maraqlıdır. Yerli əhalinin bildirdiyinə görə hal-hazırda Nefçalada 1 hekar əkin sahəsinin suvarılması üçün 10 manat pul tələb olunur. Bu işləri həyata keçirən yerli SİB (Sudan İstifadəedənlər Birlyi) rəsmi sənədlərdə müstəqil qurum kimi görünsə də Neftçala Suvarma Sistemləri İdarəsinın müdürü Elçin Əsədovun xeyir-duası ilə yaradılıb və onun iradəsindən kənarda bir addım belə ata bilməz. Bu idarənin fəaliyyətində də ciddi nöqsanlar var. Bu bəradə oxucuları daha sonra məlumatlandıracağıq. Hələlik isə qısa şəkildə 2011 ci ildə Qaramanlı kəndində layihə dəyəri 2 milyon manat olan yeni nasos stansiyasının quraşdırılmasının naməlum müəssisəyə həvalə edilməsindən danışaq.
Məlumatlara əsasən adı naməlum olan həmin müəssisə nasos stansiyalarını quraşdıraraq tələm-tələsik Neftçala Suvarma Sistemləri İdarəsinə təhvil verib.
Smeta dəyəri 2 milyon manat olan bu layihə sənəd üzərində 3 ilə yaxın bir zamanda qurulsa da əslində ona cəmi bir dəfə sınaq üçün su vurulub. Qurğunun 1 km-lik hissəsində nasazlıqlar aşkar olunub və bu günədək istismara yaralı hala salınmayıb.
Bir sözlə, Neftçalada ciddi narazlıqlar var və bu narazılıqlar tez bir zamanda aradan qaldırılmasa hər an partlayş baş verə bilər.

Mövzunu davam etdirəcəyik.

Almaz