backend

Azərbaycanda məmur özünü asdı

Azərbaycanda məmur özünü asdı






















Rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Göyçay rayonunda intihar hadisəsi baş verib.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü kəndirlə asaraq intihar edib.

2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışan, üç övlad atası olan M. Şıxməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Göyçay Rayon Prokurorluğu tərəfindən intihar hadisəsinin başvermə səbəbi araşdırılır.