backend

İRAN YENƏ ERMƏNİYƏ QUCAQ ACDI ... - Bunun adı nə?

İRAN YENƏ  ERMƏNİYƏ  QUCAQ ACDI ... - Bunun adı nə?

İran İslam Respublikası Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistana dəstəyini davam etdirir. İndi də Tehran İrəvana daha sərfəli qiymətlərlə təbii qaz verməyi hədəfləyib.

Qaynarxett.az-ın news.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İranın iqtisadiyyat və maliyyə nazirinin müavini Robert Beglaryan verib. "Azadlıq" radiosuna verdiyi müsahibədə Beglaryan qeyd edib ki, İranın Ermənistana təklif edəcəyi təbii qazın qiymətləri Moskvanın İrəvana satdığı qazın qiymətindən də sərfəli olacaq.

Qeyd edək ki, bior neçə gün əvvəl isə Ermənistanın enerji naziri Tehranın Moskvadan sərfəli qiymətlər təklif etmədiyini bildirmişdi. Yaxın vaxtlarda Tehran ilə İrəvan arasında yeni qaz anlaşmasının rəsmiləşəcəyi nəzərdə tutulur.