backend

Azərbaycanda “Qarabağ” sanatoriyası tikiləcək

Azərbaycanda “Qarabağ” sanatoriyası tikiləcək






















Obyektin ümumi sahəsi 5 hektar olacaq.

Yaxın zamanlarda Naftalanda üçüncü beşulduzlu otel “Qarabağ” sanatoriyası olacaq.

qaynarxett.az Marja-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

“İndi Bakıdan sonra otellərin sayına görə Qəbələ ikinci yerdədir. Bu, məni çox sevindirir....Şadam ki, digər rayonlarda da gözəl otellər açılır və mən də bütün o açılışlarda şəxsən iştirak edirəm. Misal üçün, bu yaxınlarda Şamaxıda gözəl otel açılmışdır - “Rixos”. Qubada böyük qolf meydançası ilə bərabər müasir otel açılmışdır. İndi Naftalan şəhərində beşulduzlu iki otel fəaliyyət göstərir. Üçüncüsü də təxminən yaxın zamanlarda açılacaqdır”,- Azərbaycan Prezidenti deyib.

Qeyd edək ki, “Qarabağ” sanatoriyasının ümumi sahəsi 5 hektardır. Tikintisinə 2012-ci ildə başlanılan sanatoriyanın binası beşmərtəbəli olacaqdır. Burada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. Sanatoriyanın tikinti sahəsi 9500 kvadratmetrdir. Bu layihənin icrası nəticəsində, Naftalana istirahətə və müalicə olunmağa gələnlərin sayının daha da artacağı gözlənilir.