backend

Nizami Gəncəvini ERMƏNİLƏŞDİRƏN Azərbaycan müəllimi - Fars və erməni şovinistlərinin birgə fəaliyyət planı

Nizami Gəncəvini ERMƏNİLƏŞDİRƏN Azərbaycan müəllimi - Fars və erməni şovinistlərinin birgə fəaliyyət planı
Fars və erməni şovinistlərinin birgə fəaliyyət planı

Azərbaycanda dərsliklərin qeyri-peşəkar hazırlanması böyüməkdə olan nəslin psixikasına təsir göstərir. İstiPress-ə bu barədə psixoloq Vəfa Əkbər bildirib.
Onun sözlərinə görə, qeyri-peşəkarlar tərəfindən hazırlanan dərsliklərdə verilən yanlış məlumatlar uşaqlarda inamsızlıq yaradır:

“Əslində, ilk dərslik kitablarında, məsələn, “Ana dili” dərsliyində çəkilən misallar, ədəbiyyat nümunələri və məlumatlar uşaqların psixologiyasının bünövrəsini təşkil edir. Əgər bu məlumatlar bir-birindən fərql olursa, onda həmin bünövrə sarsılır, uşaqlarda güvənsizlik yaranır”.
Nizami Gəncəvini ERMƏNİLƏŞDİRƏN Azərbaycan müəllimi - Fars və erməni şovinistlərinin birgə fəaliyyət planı
Vəfa Əkbər bildirir ki, primitiv səviyyədə hazırlanan dərsliklər uşaqları intelektual inkişafdan qoyur: “Bu cür primitiv yanaşma uşaqların IQ səviyyəsini aşağı salır. Məsələn, uşaqların hamısı bilir ki, 2-ni 2-yə vuranda 4 edir və bunu sübut etmək üçün hər kəslə mübarizə aparmağa hazırdırlar. Amma məlumatlar üst-üstə düşməyəndə uşaqlarda özünə inam ölür. Buna görə düşünürəm ki, dərslikləri bu cür primitiv hazırlamaqdansa, elmi yanaşma ilə tərtib etmək lazımdır
”,- deyə psixoloq vurğulayıb.

Dərsliklərin tələm-tələsik hazırlanmasından bəzən tragikomik vəziyyət alınır. Məsələn, aşağı siniflər üçün hazırlanmış oxu kitablarının birində yazılıb ki, Şirvanşah İbrahim oğlu Xəlilullaha deyib ki, Bakıda metronun “İçərişəhər” stansiyasının yanında özünə saray tik. Təbii ki, 1417-ci ildən - Şirvanşah İbrahimin ölümündən əvvəl tikilmiş bu sarayın metro ilə bağlanması ən məlumatsız şagirddə belə gülüş doğura bilər və onlar kitabda yazılanları qeyri-ciddi sayarlar.
Dərslik kitabları ilə yanaşı məktəblilər üçün çap edilən dəftərlərdə də eyni problem yaşanmaqdadır. Məsələn, bu yaxınlarda aşağı sinif üçün nəzərdə tutulmuş dəftərlərin birinin üzərində Nizami Gəncəvi fars şairi kimi təqdim edilir. Dəftər Azərbaycanda bazarın böyük bir hissəsini ələ keçirmiş şirkət rəsmiləri özlərini günahkar saymadılar və materialın “Vikipediya”dan götürülməsi ilə özlərinə haqq qazandırmaq istədilər.
Nizami Gəncəvini ERMƏNİLƏŞDİRƏN Azərbaycan müəllimi - Fars və erməni şovinistlərinin birgə fəaliyyət planı
Az-çox məlumatı olanlar bilir ki, xalq ensklopediyası adı verilmiş “Vikipediya”nı istənilən istifadəçi istədiyi kimi dəyişə bilər və onun yenidən həqiqətə uyğun hala gətirilməsi redaktorların savadından və istəyindən asılıdır. Xüsusilə də ki, Nizami Gəncəvi kimi həssas bir məsələdə “Vikipediya” kimi qeyri-ciddi mənbələrə istinad yolverilməzdir. Ümumiyyətlə, erməni millətçiləri və Azərbaycanın digər düşmənləri həmişə Nizaminin türk yox, fars olduğunu iddia edirlər.

Halbuki, Nizami Gəncəvi 1188-ci ildə Hirvanşah I Axsitanın sifarişi ilə yazdığı “Leyli və Məcnun” poemasında miliyyətcə türk olduğunu və şeirinin dilinin türkcə olduğunu, yalnız Şirvanşah I Axsitanın “türk dili yaraşmaz şah nəslimizə” deyə israr etməsi üzündən poemanı farsca yazdığını bildirir. Amma poemanı o, farsca yazsa da, türkləri çox öymüşdü.
Nizami Gəncəvini ERMƏNİLƏŞDİRƏN Azərbaycan müəllimi - Fars və erməni şovinistlərinin birgə fəaliyyət planı
Bunun nəticəsi idi ki, poema I Axsitanın xoşuna gəlməmişdi və o, şairə vəd etdiyi qanorarı verməmişdi. Nizaminin ölümündən bir neçə yüz il sonra fars millətçiləri əsəri saxtalaşdırmağa çalışıb orda türkü öyən hissələri çıxarmaq istəmişdilər. Amma nüfuzlu fars alimləri Vəhid Dəstgerdi və başqaları uzun araşdırmadan sonra doğru olan ən qədim nüsxələrdə Nizaminin türk olmasının və türkləri sevdiyinin təsdiqləndiyi qənaətinə gəldilər. Amma ermənilər və digər seperatçılar mütəmadi olaraq Nizaminin fars olduğunu irəli atırlar və saxta “Leyli və Məcnun” variantlarına istinad edirlər.

Bir qədər araşdırdıqda məlum olur ki, ermənilər 1940-cı illərdə Nizaminin məzarının təmir zamanı onun sinə daşının üzərinə erməni əlifbası ilə “İlyas Qandzakesi” yazıblar. Düzdür, indi lazer analizi bunun saxta olduğunu və 70-80 il əvvəl yonulduğunu dərhal müəyyən edir, amma 1940-cı illərdə bu, hələ məlum deyildi və ermənilər nə vaxtsa Nizaminin də erməniləşdirəcəklərinə ümid edirdilər.
İndi bu prosesin Azərbaycan təhsil sistemində getdiyini görmək olur. Əslində. Nizami kimi dəyərlərin oğurlanmasının qarşısını almaq üçün Azərbaycanın təhsil sistemi xüsusilə diqqətli olmalıdır. Başı çıxan hər bir kəs, xüsusilə də müəllimlər dərsliklərdə gördükləri belə xətaları dərhal müzakirəyə çıxarmalıdırlar. Ümumiyyətlə, bu cür problemlərdən qaçmaq üçün dərsliklər və tapşırıq dəftərləri indiki kimi şirkətlər tərəfindən deyil, Təhsil Napzirliyinin xüsusi elmi şurasında tərtib edilməlidir.

Çingiz Rüstəmov / İstiPress