backend

Dünya ticarətini nə gözləyir?

Dünya ticarətini nə gözləyir?






















Təşkilatın hesabatında riskin əsas amilləri göstərilib.

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) cari və gələn il üçün dünya ticarəti üzrə artım barədə proqnozu gözəçarpacaq dərəcədə endirib.

qaynarxett.az Vestifinance.ru-ya istinadən xəbər verir ki, ÜTT analitiklərinin dəyərləndirmələrinə görə, 2014-cü ildə dünya ticarətinin artım həcmi daha öncə təşkilatın proqnozunda göstərildiyi kimi 4,7% deyil, 3,1% olacaq. 2015-ci ildə dünya ticarətinin artımı daha öncə gözlənildiyi kimi 5,3% deyil, 4% olacaq.

ÜTT ekspertləri, dünya iqtisadiyyatına neqativ təsir göstərəcək riskin bir sıra əsas amillərini aşkar ediblər.

“Ukrayna üzündən bir tərəfdən ABŞ və Aİ arasında, digər tərəfdən isə Rusiya ilə geosiyasi müzakirələr bir sıra ərzaq malları üzrə ticarət sanksiyalarına gətirib çıxarıb. Bu qarşıdurmanın toxunduğu bir sıra malların siyahısı, geosiyasi böhran davam edərsə, gələcəkdə artırıla bilər.

Yaxın Şərqdə münaqişə qeyri-müəyyənliyə əlavə elementdir və regiondan neft çıxarılmasını təhlükə altına atarsa, neft qiymətlərini artırılmasına təkan ola bilər.

Və nəhayət, Qərbi Afrikada Ebola virusunun yayılması da neqativ rol oynaya bilər. İndiyə qədər xəstəliyin yayılmasının qarşısını almaq çətin idi, onun yayılması ağır nəticələrə mail ola bilər. Bu, az ehtimal olan, amma potensial yüksək xərcli risklər, bu il dünya ticarətinin dinamikasının dəqiq dəyərləndirməsinin çətin olmasına açıqlıq gətirir”, - ÜTT-nin hesabatında deyilir.