İçməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar 25 sentyabr 2014-cü il tarixdə saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.
qaynarxett.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.