backend

Ərdoğanın qalmaqallı bəyanatı davaya səbəb oldu

Ərdoğanın qalmaqallı bəyanatı davaya səbəb oldu






















Türkiyənin prezidentini terrorizmə dəstəkdə ittiham etdilər.

BMT-nin Baş Assambleyasının 69-cu sessiyasındaTürkiyə və Misirin nümayəndə heyyəti dalaşıb.

Onlar öncədən planlaşdırılmış bütün görüşləri ləğv ediblər, qaynarxett.az İTAR-TASS-a istinadən xəbər verir.

Qalmaqal türk prezidenti Tayib Ərdoğanın ümumsiyasi müzakirə zamanı bildirdiyi ifadələrinə görə baş verib.

Ərdoğan öz misirli kolleqası Abdel Fəttah as-Sisinin ünvanına tənqidlə çıxış edərək onun dünya liderləri sırasında yer almasına qarşı olduğunu bəyan edib. O, dünya ictimaiyyətini Misirdə “hərbi inqilab” təşkil edənləri dəstəkləməkdə ittiham edib. “BMT xalqın iradəsi ilə seçilən prezidenti devirənlərin hərəkətinə qanuni don geyindirir, - Ərdoğan bəyan edib. – Niyə görə dünya demokratiyaya qarşı çevrilişə susur?”

Misir tərəfi narazıçılıq və qəzəb bildiriblər. Misir ƏR XİN-nin nümayəndəsi Abdel Atı Ərdoğannı bəyanatlarını “yalan və iftiralarla dolu” adlandırıb. Türkiyənin prezidentini misirlilərin iradəsinə qarşı ikrahla yanaşmaqda, terroizmə dəstəkdə və Yaxın Şərqdə xaos və qarşıdurma toxumlasrı səpməyə cəhd etməkdə ittiham ediblər.