backend

Əsgər görüşünə gedən ailə qəzaya düşdü - Ölən və yaralananlar var - YENİLƏNİB

Əsgər görüşünə gedən ailə qəzaya düşdü - Ölən və yaralananlar var - YENİLƏNİB

















Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Binnətli kəndində baş verib.

Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi "QAZ" markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962 ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958 təvəllüd Hacıyeva Südabə Kakoy qızı, və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb.

---------

13:54

Beyləqan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, rayon ərazisində "QAZ" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sürücüsü və 3 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.
Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.