backend

MTN-dən narkobaronlara qarşı əməliyyat

MTN-dən narkobaronlara qarşı əməliyyat






















14 nəfər tutuldu.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 33 kiloqramdan artıq narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycanın ərazisinə qanunsuz daşınmasının qarşısı alınmış, bu hüquqazidd əməllərin törədilməsinə görə 14 nəfər şübhəli şəxs qismində tutulub.

qaynarxett.az xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda külli miqdarda narkotik vasitə olan – 3 kiloqram 600 qram heroin, 21 kiloqram 800 qramdan artıq tiryək, 1 kiloram 390 qram həşiş qətranı, 6 kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılmışdır. Azərbaycan Respublikasının vətəndaşları – Məmmədov Lətif Ağa-Kərim oğlu, Məmmədov Rufan Ağakərim oğlu, Rəsülov Malik İsayib oğlu, Ağayev Azad Allahşükür oğlu, Tağıyev Vəfadar İlqar oğlu, Bədirxanov Fərman Şakir oğlu, Ağayev Ziya Sahib oğlu, İsmayılov Siyasət Əzizxan oğlu, Fətullayev İbrahim Tərlan oğlu, Süleymanov Zülfüqar Allahverdi oğlu, Fərəcov Ziyafət Müzəffər oğlu, Şahmuradov Niyazəli Şahverdi oğlu, Məstiyev Şahsuvar Güləli oğlu və Qasımov Ramal Bahadir oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.