backend

“Türkiyə və Rusiya arasında viza rejimi aradan qaldırılmalıdır” — Ərdoğan

“Türkiyə və Rusiya arasında viza rejimi aradan qaldırılmalıdır” — Ərdoğan













“Türkiyə ilə Rusiya əlaqələrini daha da möhkəmlətməlidir. Bunun üçün iki ölkə arasında viza rejimi aradan qaldırılmalıdır”.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə Soçidə keçirilən görüşdan sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, viza rejiminin ləğvi iki ölkənin bütün sahələrində, əsasən də ticarətdə böyük uğurlara səbəb olacaq.

“Türkiyə və Rusiya arasında münasibətlərin bu qədər yüksək səviyyəyə qalxmasından məmnunluq duyuruq. Bu il ərzində Putinlə 6-cı görüşmümüzü gerçəkləşdirdik. Biz o fikirdəyik ki, ölkələr və xalqlar bütün istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirməli və daha sıx əməkdaşlıq etməlidirlər. Siyasi dialoqlarımızla paralel iqtisadi məsələlər də müzakirə olundu. Aradan keçən vaxt ərzində ticarət sahəsində yaranmış problmelər həll edildi. Pomidor, nar, badımcan və s. kimi kənd təsərrüfat məhsulları problemsiz Rusiya bazarına daxil oldu”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başa çatıb. İki ölkə rəhbəri arasında danışıqlar 4 saatdan çox davam edib.

Xatırladaq ki, Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında kiçik tərkibdə görüş keçirilib. Bu Ərdoğanla Putinin 2017-ci ildə 6-cı görüşüdür. Bu il ərzində iki ölkə rəhbəri 13 dəfə telefonla danışıblar.