backend

Mirşahin: Bəziləri belə başa düşür ki, Fatihə yas yeməyinin “nuş olsun”u kimi bir ifadədir - VİDEO

Mirşahin: Bəziləri belə başa düşür ki, Fatihə yas yeməyinin “nuş olsun”u kimi bir ifadədir - VİDEO






















“Gedənin ruhu şad olsun, yoxsa qalanın bədəni?”.

Peyğəmbərin zamanında dəvə var idi və ona görə də Peyğəmbərimiz dəvədən istifadə edirdi. Özü də yaxşısından. Belə çıxır ki, Peyğəmbər salavatullah bu gün sağ olsaydı, avtomobilin də yaxşısından istifadə edərdi. Amma ən yaxşısından yox. Çünki bu kəlam da Peyğəmbərə məxsusdur: “Xeyrul umur əvsatuhə”. Yəni işlərin xeyirlisi onun orta həddidir. Yas, təziyə mərasimlərinin təntənəli keçirilməsinin, ehsan məclislərinin təmtəraqlı, zəngin olmasının, bəhsəbəhs nəticəsində ruhun yad edilməsinin bədənin xətrinə yaddan çıxarılmasının kütləvi məzəmmət hədəfinə çevrildiyi bu günlərdə mən İslam dininin Yaradıcısının özünün hər bir işin orta həddi barədə fikirlərini nahaq xatırlatmadım. Bu saat dəbdə olan mövzudur: yas mərasimlərində zəngin süfrə, banana qədər verilən ehsan, kasıb-kusubun borca düşməsi.. hətta kredit götürüb guya yas verdiyinə görə müflisləşməsi… Xülasə, cəmiyyətin əsnəməyə macalı yoxdur.

… Əslində ehsan dilimizə - yaxşılıq kimi tərcümə olunur. Amma biz onu pisliyə çevirmişik. Yəni, o bir yaxşılıq kimi yəqin ki, çox olmalıdır. Amma ifrat olmasın deyə Peyğəmbərimizə müraciət edək: hər işin orta həddi xeyirlidir. İndi isə baxaq ki, orta kim üçün haradır. Kasıb adam üçün bu orta bir, varlı adam üçün isə başqa bir nöqtə ola bilər. İraq olsun, mənim tutaq ki, ən yaxın adamım rəhmətə gedib. Mən ehsan verirəm. Süfrəyə aş verirəm, salat verirəm, çay və halva verirəm. Dərdin içində olan mənəm, özünü son borcundan çıxmış kimi rahat hiss etmək istəyən birisinə icra nümayəndəsi gəlib deyir ki, bunu yığışdır. Mən o zaman o sözü mənə deyəni ən sərt şəkildə qapımdan nə bilim nə kimi qovar, mərasimdən sonra isə mənim şəxsi həyatıma qarışdığı üçün məhkəməyə verərəm. Və bəlkə də udaram!

Doğrudur, bəziləri belə başa düşür ki, Fatihə yas yeməyinin “nuş olsun”u kimi bir ifadədir. Amma ehsan sadəcə yemək məsələsi deyil. O, Qurani-Kərimdə hər dəfə mübarək əməl kimi xatırlanır. İfrata gəlincə isə o yalnız ehsanın yemək yeri ilə bağlı deyil.

Məgər bu düz üstündə bir zamanlar oğlu olanı qurdurduğu ağappaq çadırını Qara yerinə quraraq camaatın yolunu bağlamaq, bununla da adi yolçuların ürəyinin içində qarğış və söyüş sahibi olmağın yaxşıdı? Bəs bu antisavabını kimə yazıq? Bəs bu mərasim qaydalarının pozulması deyil? Kimsə öləninin ruhunu düşünür səxavət göstərir. Bunu niyə bədən səviyyəsində qəbul edirik? Onlar ehsan süfrəsi ilə öz dərdlərini ovutmaq istəyirlər. Yeyin ki, ruhu şad olsun! deyirlər… Mən belə demişəm. Heç kimə pulunu necə xərcləməkdə məhdudiyyət qoyula bilməz. Daha yaxşı olardı ki, Nazirlər Kabinetində 7 ildir ki, ilişib qalan məmurların qazancının halallıq dərəcəsini yoxlamalı olan sənəd Gəlir Deklorasiyasının aqibəti bir yerə çıxarılsın. O zaman bəlkə heç yas mərasimlərinə, toy mərasimlərinə müdaxil etməyə ehtiyac da qalmazdı… Çünki ənənəli yası da dəbdəbəli toyu da əsas etibarilə varlı adamlar edir…

Varlıların isə böyük bir qrupu tövsiyə verənlərin ya arasındadır, ya da arxasında… Deməyim odur ki, yas və toy mərasimlərinin keçirilməsi qanunla yox, əxlaqla qaydaları ilə tənzimlənən məsələlərdir. Bura administrativ müdaxilə ancaq problem yarada bilər. Unutmayaq ki, Sovet İttifaqının Allahsız vaxtlarında dini elə yas və təziyələr qoruyub saxlayıb. 3, 7, 40, cümə axşamı kimi ənənələr qoruyub saxlayıb. İcra nümayəndəsinini əlində Xudayar bəyin drijor çubuğu yas məclislərinə buraxmaq olmaz. Mütləq bir zibili çıxacaq.

Ən yaxşısı o olardı ki, Qafqaz Müsəlmanları İdarəsi mollaların formasını dəyişdiyi kimi məzmununu da dəyişsin. Tutaq ki, molla məclisə daxil olur. Burda Peyğəmbər salavatullahın orta dediyi hədd pozulduğunu görür və içəri daxil olmaqdan imtina edir. Molla masanın üstündə araq görsə, məgər o məclisi aparardı. Əlbəttə yox. Qoy banan da, qoz mürəbbəsi görəndə də aparmasın. Məclisdən nümayaşkanə bir şəkildə çıxsın. Bu hal bir neçə dəfə təkrar olunarsa, bir qayda halını alarsa, təbii ki, yas sahibi özünü, daha doğrusu süfrənin üstünün artıq naz nemətlərini yığışdıracaq… Amma öz aramızdı görəsən nə qədər belə. Öz qazanından dinimizin naminə imtina etməyə hazır olacaq.. Ehsan süfrələrini administartiv müdaxilə yolu ilə Müdafiə Nazirliyinin əskər qidası rasyonu reqlamentinə keçirmək olmaz. Bu gülməli olar. Ən doğrusu ictimai qınaqdır, hər bir kəsin ilk növbədə öz nəfsi və tamahı, başqasından geri qalmaq istəməmək kimi xüsusiyyəti ilə mübarizə aparmaq qabiliyyətidir. Nə qədər eşitmişik: onun ehsan süfrəsində day nələr yox idi. Ona görə mən də məcbur qaldım… Camaat nə deyər. Deməli Allah yox, camaat… Deməli bu məsələ bizim hər birimizin gücümüzün çata biləcəyi məsələdir. Sadəcə olaraq biz gücümüzü tətbiq edib, özümüzə qalib gəlməyi, öz tamahımıza, nəfsimizə qalib gəlməyi bacarmalıyıq.

Bir sözlə mənim əzizlərim!

Müsəlmanıqsa gəlin məclislərimizi müsəlman kimi keçirək. Yox müsəlmana deyilksə, ond gəlin məclisdə araq da verək, zakuska da… deyək ki, hayıf deyil başqaları…

Burda bir şey də yadıma düşür. Bir halda ik, ifrat və israfdan danışırıq, qəbristanlıqlarda adi həyat yaşamış, xidməti ilə yalnız yaxın adamlarının yadında qalan insanlara qoyulmuş heykəllər mövzusuna da toxunum. Müsəlman qardaş və bacılar, yolunuzu ara bir uzaqdan yox, elə Bakıda xristianların dəfn olunduğu qəbristanlıqlardan salın… Onlarda zəmanəmizə uyğun olmayan bir təvazökarlıq var… Elə bil ki, müsəlman onlardır biz deyilik… Adam az qalır yerə girsin… ölənlərinin yerinə… hərəmiz bir heykəl qoyuruq… Yeri gəlmişkən, General Şıxlinskinin, general Mehmandarovun heykəli yoxdur…

Hə sonda bir şey də soruşum, ümumiyyətlə biz nə istəyirik. Gedənin ruhu şad olsun, yoxsa qalanın bədəni. Bütün hallarda Allah sizə rəhmət eləsin, ölülər!”.