backend

MƏLAHƏT ƏLİYEVA BÖLGƏDƏ BELƏ XARAKTERİZƏ OLUNUR...

MƏLAHƏT ƏLİYEVA BÖLGƏDƏ BELƏ XARAKTERİZƏ OLUNUR...
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, təcrübəli pedaqoq Suraxanı rayon 278 saylı tam orta məktəbin direktoru Məlahət Əliyevadır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem bizi həmişə düşündürüb. Qəti qərara gəlmişik ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Məlahət Əliyeva "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanlı, yüksək insanlığı ilə seçilən bir vətən daşı, bir bacarıqlı pedaqoqdur.

Bu insan elə bil insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

Məlahət müəllimə layiqli insanlara dəyər verməkdən zövq alır!

O, ona tapşırılmış bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Məlahət Əliyevanın gərgin əməyi və zəhməti sayəsində Suraxanı rayon 278 saylı tam orta məktəbində təhsil sistemində ugurlu nəticələr qazanılıb.

Deyəsən, bəzi media orqanları böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə, məktəb drektoru təyin olunandan bəri təhsildə bir sıra uğurlu layihələrə imza atan Məlahət müəllimə barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Belə əsassız məlumatlar yayanlar söz azadlığını "yalan və böhtan azadlığı" kimi başa düşürlər. Belələri unudurlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

Tam səmimi olaraq bildiririk ki, Suraxanı rayon 278 saylı tam orta məktəbin direktoru Məlahət Əliyevanın bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə demək istədiyimiz odur ki, əlinə qələm alan şəxs ilk öncə qələminə hörmət etməyi - düzy düz, əyrini əyri yazmagı bacarmalidir. Yoxsa...

Qaynarxett.az