backend

Gömrük işçiləri Azərbaycan vətəndaşı, yaxud xaricilərə hörmətlə yanaşmalıdır — Vahid Əhmədov

Gömrük işçiləri Azərbaycan vətəndaşı, yaxud xaricilərə hörmətlə yanaşmalıdır — Vahid Əhmədov













Son günlər Azərbaycan gömrüyündə çoxsaylı problemlərlə bağlı şikayətlər daxil olur.
İstər əşyaların, istərsə də, insanların yoxlanışı zamanı gömrük işçilərinin kobud rəftarı, eyni zamanda insanların uzun müddət gözlədilməsi barədə şikayətlər bu qurumun adının dəfələrlə hallanmasına səbəb olur.

“Son vaxtlar Dövlət Gömrük Komitəsinin adının hallanması yaxşı hal deyil”.

Bu barədə millət vəkili Vahid Əhmədov “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, belə şikayətlər gömrüyün işinə kölgə salır.
“Son dövrlər səslənən şikayətlər, ayrı-ayrı şəxslərin başına gətirilənlər mütləq araşdırılmalıdır. Çalışmaq lazımdır ki, belə hadisələr baş verməsin. Azərbaycan vətəndaşı, yaxud xaricilərə ölkəyə hörmətlə yanaşılmalıdır. Gömrüyün rəhbərliyi baş verənləri nəzarətdə saxlamalı və problemlər aradan qaldırılmalıdır”, - deyə millət vəkili bildirib.

V.Əhmədov deyir ki, müəyyən problemlərə baxmayaraq, ümumilikdə gömrüyün işində xeyli irəliləyişlər olub: “Azərbaycanda gömrüklə bağlı müəyyən proseslər, şəffaflıq prinsipi həyata keçirilir. Qeydiyyatsız mal buraxılmasının qarşısı müəyyən qədər alınıb. Əlavə dəyər vergisi hardasa 37-38 faizə çıxır. Yəni bütün bunlar müsbət dəyişikliklərdir. Ümumilikdə götürüləndə əvvəlki problemlər aradan qaldırılıb”.