backend

Bakı səhəri dəhşətli qəza ilə açdı: 4 ölü – FOTO

Bakı səhəri dəhşətli qəza ilə açdı: 4 ölü – FOTO






















Hadisə şəhər şosesində qeydə alınıb.

Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər şosesində qeydə alınıb.

Elçin Alıyev idarə etdiyi “VAZ 2102” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan “KAMAZ”a arxadan çırpılıb.

Nəticədə avtomobildə olan sürücü və 3 sərnişin aldıqları xəsarətdən hadisə yerindəcə dünyalarını dəyişiblər.

Dərhal hadisə yerinə FHN-nin xilasediciləri, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Hadisənin necə baş verdiyinə gəldikdə isə, ilkin ehtimal olaraq “VAZ 2102” avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması və yüksək sürət göstərilir.

Bakı səhəri dəhşətli qəza ilə açdı: 4 ölü – FOTO