backend

Milli Qəhrəman Mirələkbər İbrahimov - 53

Milli Qəhrəman Mirələkbər İbrahimov - 53






















O, Qorqan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub.

30 sentyabr Milli Qəhrəman Mirələkbər İbrahimovun doğum günüdür.

qaynarxett.az xəbər verir ki, Mirələkbər Mirələsgər oğlu İbrahimov 1961-ci il sentyabrın 30-da Qərbi Azərbaycanın Vedibasar mahalının Xalısa kəndində anadan olub, uşaq vaxtı ailəsi ilə birlikdə Bakıya köçüb.

O, hərbi hazırlıq müəllimi olub, 1993-cü ildə 5-ci Yasamal taborunun komandiri kimi cəbhəyə yollanıb, Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub, 1994-cü ilin yanvar-mart aylarında Füzuli rayonunun xeyli hissəsinin düşməndən azad edilməsində özünü bacarıqlı komandir kimi göstərib, martın 5-də Qorqan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub.

1994-cü il sentyabrın 16-da ona Milli Qəhrəman adı verilib.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə işlədiyi 153 saylı orta məktəb onun adını daşıyır.