backend

Bakıda məmur oğlunu öldürənin məhkəməsi başladı

Bakıda məmur oğlunu öldürənin məhkəməsi başladı






















“Toyota Prado”da qızla əyləşən Elçinə yaxınlaşan Tural ona öz iradını bildirib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində məmur oğlunu öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi xəbərə görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesin baxış iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Tural Əliyev yaşadığı evin yaxınlığında Elçin Baxşiyevin “Toyota Prado” markalı avtomaşında qızla söhbət etdiyini görüb. T.Əliyev onlara yaxınlaşaraq həmin yolla uşaq və qadınların hərəkət etdiklərini deyib, başqa yerə getmələrini təklif edib. Onun sözlərindən narazı qalan E.Baxşiyev isə sonradan görüşüb bu məsələni ayırd etmək üçün öz mobil nömrəsini ona verib. E.Baxşiyev avtomobillə oradan uzaqlaşandan sonra tanışları Seymur Fərzəliyev və Əli Məlikovla, Tural isə tanışları Ramin Rzayev və Səbuhi Məmmədovla təyin olunan görüş yerinə gəliblər. Orada tərəflər arasında qarşılıqlı mübahisə yaranıb. Gənclər bir-birlərini yumruq-təpiklə vuraraq xəsarətlər yetiriblər. Dava zamanı Tural Əliyev əlindəki bıçaqla Əli Məlikovu bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Əliyev 14 il, Elçin Baxşıyev 5 il, Seymur Fərzəliyev 5 il və Ramin Rzayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Elçin Baxşıyev, Seymur Fərzəliyev və Ramin Rzayev məhkəmə zalında həbs ediliblər.

Öldürülən Əli Məlikov Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.