backend

1-ci qrup əlil məzuniyyət pulunu ala bilmir - FOTO

1-ci qrup əlil məzuniyyət pulunu ala bilmir - FOTO














Bakı şəhər Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakini 1-ci qrup əlil Şükürova Minarə Həsrət qızı tərəfindən Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayəy məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən üzləşdiyim qanunsuzluğa görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm. Hörmətli Mehriban xanım, 1995-ci ildə "Gülbaxt" tikinti materialları kombinatına ekonomist kimi işə qəbul olunmuşam (əmr №21/k 01.07.1995) . 01 mart 1996-cı ildə ( №02/k ) köçürmə yoluyla həmin kombinatda baş mühasib işləməyə başlamışam ( №02/k 01.03.1996). 06 yanvar 2016-cı ildə isə səhətimdə olan problemlərlə əlaqədar öz xahişimlə işdən azad olunmuşam (əmr № 03 06.01.2016). ) 2001- ilə kimi məzuniyyətlərimdən istifadə etmişəm. Belə ki,01.07.2003-cü ildə 1996- 1997 , 02.08.2004-cü ildə 1998-1999, 01.08.2016-cı ildə isə 2000-2001-ci illərin məzuniyyətindən istifadə etmişəm.

2001-ci ildən 2016-cı ilə kimi işlədiyim müddətdə məzuniyyətlərimdən istifadə etməmişəm.İşdən çıxdığım vaxtdan yəni 06 yanvar 2016-cı ildən bu günə kimi dəfələrlə istifadə etmədiyim məzuniyyət pulumu tələb etsəmdə kombinatın rəhbərliyi tərəfindən məni hər dəfə bir bəhanə ilə yola salırdılar.Sonuncu dəfədə kombinatda olanda rəhbərlik mənə bildirdi ki, işlədiyin müddətdə vaxtında məzuniyyətə çıxardın. Bizim indi sənə veriləsi pulumuz yoxdur. Qeyd edim ki, işlədiyim illərdə məzuniyyətə çıxmaq istəyəndə kombinatın rəhbərliyi məni əvəz edənin olmamasını əsas gətirərək mənə məzuniyyətdən istifadə etməyimə icazə verməyiblər. Mən mühasib işlədiyim üçün hansı illərdə məzuniyyətdən istifadə etməmişəm, dəqiqliklə bilirəm".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Hörmətli Mehriban xanım, İkinci qrup əlil oğlumun 3 nəfərdən ibarət olan ailəsidə mənim himayəmdədir. Özüm də birinci qrup əliləm. Daima müalicəyə ehtiyacım var. Sizdən xahiş edirəm yuxarıda göstərdiklərimi nəzərə alasınız "Gülbaxt" tikinti materilalları kombinatında işlədiyim müddətdə istifadə etmədiyim illərin məzuniyyət pulunun alınmasında mənə köməklik edəsiniz. Siz həmişə əlillərə və qadınlara xüsusi diqqət və qayğı göstərmisiniz. Mən Sizə səmimi qəlbdən inanıram".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
1-ci qrup əlil məzuniyyət pulunu ala bilmir - FOTO1-ci qrup əlil məzuniyyət pulunu ala bilmir - FOTO1-ci qrup əlil məzuniyyət pulunu ala bilmir - FOTO1-ci qrup əlil məzuniyyət pulunu ala bilmir - FOTO