backend

Şəmkir rayon Maliyyə şöbəsinin kecmiş müdürü rayonda heç kimi saymır

Şəmkir rayon Maliyyə şöbəsinin kecmiş müdürü rayonda heç kimi saymır




















Nazim Məlikov rayonda icra başçısının yaxın adamı kimi tanınır.

O,Düyərli kənd bələdiyyəsinin sədr müavini Zakir Qarayevi bıçaqlayıb.

qaynarxett.az-ya Şəmkir rayonundan informasiya daxil olmuşdur.Məlumatda bildirilir ki, Şəmkir rayon Maliyyə şöbəsinin müdürü işdə yol verdiyi ciddi qanunsuzluqlara görə vəzifəsindən azad olunsa da o,yenə də tutduğu əməllərindən əl çəkmir. Törətdiyi cinayətə görə, məsuliyyətə cəlb edilməsinə baxmayaraq rayonda bir çox xoşagəlməz əməllərdə adı hallanır.Belə ki, o,Düyərli kənd bələdiyyəsinin sədr müavini Zakir Qarayevi bıçaqlayıb.Məlumatda bildirili ki,zərər çəkmiş rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Məlumatda həmçinin bildirilir ki, adı çəkilən Nazim Məlikov rayonda icra başçısının yaxın adamı kimi tanınır. Məhz o bu toxunulmamazlığından istifadə edərək rayonda at oynadır. Onun başqa əməlləri barədə də məlumat almışıq.Ciddi araşdırmadan sonra onları sizə təqdim edəcəyik. Bizi izləyin.
Qarşı tərəfi də mövqeyini dərc etməyə hazırıq.