Dəmir Yolu Vağzalında bomba həyəcanı - Bütün reyslər təxirə salındı21 dek 2017 - 15:08635 Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə daxil olan məlumatla əlaqədar qatarlara bilet satışı dayandırılıb. "Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, vağzaldan bütün qatar reysləri təxirə salınıb. Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib. Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə saat 12 radələrində daxil olub.