backend

Leyla Əliyeva yoqa üzrə ustad dərsində BELƏ iştirak etdi - FOTOLAR

Leyla Əliyeva yoqa üzrə ustad dərsində BELƏ iştirak etdi - FOTOLAR
Dekabrın 23-də IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib. Ustad dərsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib

IDEA İctimai Təşkilatı və Klassik Yoqa Məktəbi tərəfindən təşkil olunmuş tədbirdə qonaqlar Xatxa-yoqa dərsində olub, yoqa və düzgün qidalanma haqqında xeyli maraqlı məlumatlar əldə edib, vegeterian mətbəxinin nümunələrindən dadıb, eləcə də mərkəzdə saxlanılan heyvanlarla tanış olublar.

Dərs və söhbətləri beynəlxalq diploma və Yoqa Şiromani tituluna malik Elçin Quliyev keçirib. E.Quliyev 2002-ci ildən yoqa ilə məşğuldur. O, 2009-cu ildə Polşadakı Şivananda Yoqa Mərkəzində təlim keçib.

Leyla Əliyeva yoqa üzrə ustad dərsində BELƏ iştirak etdi - FOTOLAR