backend

Lələtəpə döyüşçüsü giley edir... - Müraciət

Lələtəpə döyüşçüsü giley edir... - Müraciət















Beyləqan rayon sakini, Lələ təpə döyüşünün iştirakçısı Aslanov Azər Əbülfət oğlu üzləşdiyi özbaşınalıqla bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.

AzFakt.com xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və Azərbaycan Silahlı Qüvvələrindən məcburən təxris edilən Azər Aslanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona əlillik dərəcəsi verməməsindən şikayətçidir.

Lələ təpə döyüşünün iştirakçısı Azər Aslanov şikayətində qeyd edir ki, ona Respublika Milli Onkologiya Mərkəzində xərçəng xəstəliyinin "Qeyri Hockin limfoma”sı diaqnozu qoyulub, bədxassəli şişin inkişafının qarşısını almaq üçün indiyə kimi 6 dəfə kimyaterapiya qəbul edib Və xərçəng xəstəliyi ilə II qrup əlililik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi komissiyasına etdiyi müraciətlər nəticəsiz qalıb:

“Bir neçə dəfə sənədləri nazirliyə təqdim etsəm də, nazirlikdən mənə gülünc bir cavab verilərək bildirildi ki, xəstəliyə yeni tutulduğu və sağalmaq ehtimalının olduğunu nəzərə alaraq 2 ay gözləmək məsləhətdir. Yəqin, Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin tibb komissiyası tibb elmində inqlabi kəşfə imza atıblar ki, "Qeyri Hockin limfoma”sı diaqnozunu, yəni bədxassəli şişin müalicə oluna biləcəyinə əmindilər. Əks halda belə cavab verməzdilər.

Hörmətli Prezident və Ali Baş Komandan!

Torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşən bir hərbçi olaraq ən böyük arzum sağalıb, yenidən Milli Ordunun sıralarına qayıtmaq istəyirəm. Əgər həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi komissiyası xəstəliyimin sağala biləcəyinə əmindirlərsə, mənim müalicəmi öz üzərinə götürsünlər. Çünki Respublika Milli Onkologiya Mərkəzində mənim müalicəmin müsbət nəticə verəcəyindən əmin deyillər. Yalnız xəstəliyimin lokallaşdırmağa çalışacaqlarını bildirirlər.

Nazirlər Kabinetinin qərarına əsasən, lokasiyasından asılı olmayaraq, mənim kimi xəstələrə II qrup əlillik verilir. Mən artıq 6 dəfə kimyaterapiya qəbul etmişəm və xəstəliyimin sağalma ehtimalının olmaması tibb komisiyasının üzvülərinə bəlli olmasına baxmayaraq onlar, mənə hələ 2 ay gözləməyi məsləhət bilirlər.

Cənab Ali Baş Komandan!

Milli Ordunun keçmiş döyüşçüsü kimi sizdən xahiş edirəm, hazırkı maddi durumumun ağır olmasını nəzərə alıb mənə əlillikə dərəcəsinin tez bir müddətdə verilməsinə göstəriş verəsiniz".Lələtəpə döyüşçüsü giley edir... - MüraciətLələtəpə döyüşçüsü giley edir... - MüraciətLələtəpə döyüşçüsü giley edir... - MüraciətLələtəpə döyüşçüsü giley edir... - MüraciətLələtəpə döyüşçüsü giley edir... - MüraciətLələtəpə döyüşçüsü giley edir... - MüraciətLələtəpə döyüşçüsü giley edir... - Müraciət