backend

Azərbaycanda bayram namazı nə vaxt qılınacaq?

Azərbaycanda bayram namazı nə vaxt qılınacaq?























“Namazın vaxtı dəyişə bilər”.

Azərbaycanda Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı dəyişə bilər.

qaynarxett.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, ayın görünməsindən asılı olaraq bayram namazı oktyabrın 4-ü və ya 5-i səhər saat 9:00-da qılına bilər.

İdarədən o da bildirilib ki, “Təzə Pir” məscidində bayram namazı oktyabrın 5-i səhər saat 9:00-da qılınacaq. Lakin Qurban bayramının dəqiq vaxtı ayın görünməsindən asılı olduğu üçün ay göründüyü təqdirdə oktyabrın 4-ü də bayram namazı qılına bilər. “İstənilən halda oktyabrın 4-ü “Təzə Pir” məscidində bayram namazı qılmaq istəyən olsa, onların da bayram namazı qılmaları üçün hər cür şərait yaradılacaq”, - deyə QMİ-dən bildirilib.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-ü və 5-i qeyd ediləcək.