backend

Şamaxı Mərkəzi Xəstəxanasında rəzalət

Şamaxı  Mərkəzi Xəstəxanasında rəzalət























Rayon mərkəzi xəstəxanasının doğum şöbəsində korrupsiya tüğyan edir

Dövlətə məxsus səhiyyə obyektlərində pulsuz olan xidmətlər əslində sözdə belədir. Reallıqda isə odur ki, doğuşdan tutmuş əməliyyatınadək hər şey pulludur. Azərbaycanda bir körpənin doğulmasının valideynə neçəyə başa gəldiyi dəfələrlə müzakirə olunub. Amma hər zaman aktual olaraq qalan bu problemə yenidən qayıtmağa çalışdıq. Çünki doğum prosesilə bağlı qiymətlərin bir qədər də artdığı müşahidə olunur. Bölgələrdəki doğum evlərində həkimlərin korrupsiya faktları eləcədə müraciət edənlərin şikayətləri daha çoxdur. Şamaxı rayonun mərkəzi xəstəxanasının doğum şöbəsinin həkimlərinin özbaşnalığı artıq pikk həddə çatıb. Buradakı özbaşşnalıq halları ilə bağlı rayonda bütün şamaxılılar və hüquq mühafizə orqanları bilirlər. Amma... nə faydası heç bir tədbir görülmür. Əksinə burada açıq açkar bazar,rüşvətxorluq günü gündən inkişaf edir.Şamaxılılar doğum şöbəsi üçün belə deyim də söyləyirlər "Analoqu olmayan bir doğum şöbəsi fəaliyyət göstərir”

Şamaxıda təkcə doğuşa 400 manat pul alınır

Şamaxı rayonunda araşdırmalar zamanı öyrəndik ki, indi bir xəstə ayda bir dəfə həkim müayinəsinə gəlirsə, hər dəfə 20- 25 manat ödəməli olur. Hamiləlik dövründə ultrasəs müayinəsi üçünsə ən azı iki dəfə xəstəxanaya müraciət etməli olurlar. Bu da onlara hər dəfə 25 -30 manat, qan analizi üçün də təxminən bu qədər vəsait ödəyirlər. Beləliklə, doğuma qədərki müayinə kasıblara 200 manata, imkanı olanlara 500- 800 manata başa gəlir. Ən dəhşətli və maraqlı rəqəmlər isə doğuş zamanı qeydə alınır.
Pula görə xəstələr qeysəriyyə əməliyyatına məcbur edilir
Şamaxı doğum evində qeyri-rəsmi qiymətlər 400 və 800 manat arasında dəyişir. Təbii doğumun qiyməti 400 manat, qeysəriyyə isə 800 manata aparılır. Qeyd edək ki, qeysəriyyə əməliyyatı təbii doğuşdan qiymətli olduğu üçün bəzi həkimlər xəstələrə bu üsulu təklif edirlər. Hətta ana olmağın əziyyətini çəkmək istəməyənlər də bunu seçirlər. Amma bu arada bildirək ki, qeyd etdiyimiz məbləğ doğuşu aparan həkimə verilir .O da öz növbəsində bunu fond, palata həkimi,uşaq həkimi,sanitarka və tibb bacıları arasında bölüşdürür. Amma bu məsələdə bir az diqqətli olmaq lazımdı. Bəzən həkim pulu götürüb gedir,o birilərinə heç nə vermir. Müxtəlif bəhanələr gətirir. Bu halda məcbur olub yenidən bir o qədər məbləği xərcləməli olurlar.Yuxarıda qeyd edilən məbləğdən başqa dogum evində ana olanların yaxınları bir az da "şirinlik" pulu götürməli olurlar. Uşaga baxan dayələrə bir balaca "hörmət" edəndə körpəyə daha diqqələ baxılır. Uşağın göbəyi düşəndə yaxşıca bir "muştuluq" istəyirlər.

Doğum şöbəsinin qarşısında mübahisələr

Şamaxıda doğuşlar həddən ziyadə baha olduğundan burada tez-tez mübahisələr düşür. Xəstələrini gətirənlər qiymətlərin bahalığından nazrazıçılıq edir, bəzəndə tələb olunan pulu verə bilməyənlər xəstələrini çıxardaraq evə aparıb doğuşu evdə edirlər. Buda həkimlərin rüşvət tələb etməsinə görə bəzən yeni dünyaya gələn körpələrin ölməsinə səbəb olur. Bunun nəticəsidir ki, artıq Şamaxıda doğum evində deyil evlərdə doğuş çoxalıb. Çox vaxt imkansızlıq üzündən bir çoxları evində ana olmaqla da barışmalı olur. Bu zaman evə gələn həkimə 60 manat ödənilir. Qadınlar bu prosesin çətin və qorxulu olduğunu bildirsələr də, məcburiyyət qarşısında razılaşdıqlarını deyirlər. Onu da deyək ki, nisbətən imkanı olan bəzi rayon sakinləri doğuş üçün paytaxta üz tuturlar. Çünki onlar həmin xəstəxanada həkimlərin naşı, şəraitin isə aşağı səviyyədə olduğunu söyləyirlər. Yeri gəlmişkən qeyd edək ki, Şamaxı rayon doğum şöbəsində ana ilə körpə 6-7 gün yatırılır və sonra ana və uşaq evə buraxılır. Şamaxı doğum şöbəsində xəstələrin çox yatırılması da səbəbsiz deyil. Beləki, Şamaxı doğum şöbəsində tələb olunan kasıblar üçün 400, imkanlılar üçün 800 manat ancaq doğuşun aparılması üçün xərclənən vəsaitdir. Pasiyentin xəstəxanada qaldığı günlərdə həkimə, tibb bacısına, dayəyə verilən pulu da bura daxil etsək, büdcə daha da böyüyür. Onu da bildirirlər ki, Şamaxı mərkəzi xəstəxanasında təxminən 80 manat ginekoloqa, 5-10 manat tibb bacısına, 3- 5 manat isə sanitara verilir. Şamaxıdakı mənbəmiz bildirir ki, Şamaxı mərkəzi xəstəxanasında ən bərbad şöbə doğum şöbəsidir. Bildirilir ki, bu şöbədə qışda soyuq yayda istidən dayanmaq olmur.

Gənc ata bankdan kredit götürərək rüşvət verib körpəsini xəstəxanadan çıxartdı

Şamaxı rayonun kəndlərinin birindən olan yeni ata olmuş Cabbar adlı sakinin bizə bildirdiyinə görə doğum şöbəsinin baş həkimi Nəzakət ondan 300 manat pul istəyib. Bu pulu verə bilməyən yeni ata olmuş vətəndaşa həkimin 3 gün vaxt verməsindən kasıb vətəndaş yeni dünyaya gəlmiş oğluna görə öz torpaq payını satmaq istəyib. Lakin sata bilmədiyindən bankdan kredit götürərək baş həkimə verib, uşağını 10 gündən sonra xəstəxanadan çıxara bilib. Doğum şöbəsinin baş həkiminin rüşvət istəməsindən və bu rüşvəti verməyə imkanı olmayan savadsız və imkanı olmayan Rza adlı bir valideynə isə baş həkim bildirib ki, həkimə verməyə pulun yoxdursa niyə uşaq eşqinə düşürsən " Əvvəl pul yığ sonra uşaq yap”. Qadın bir həkimə yaraşamayan deyilən söz.

"Pul verməsəz baş həkim körpənizə nəsə edər”

Bundan əlavə Şamaxıda bir çox valideynlər var ki, yeni dünyaya gələn körpəsini xəstəxanadan çıxartmaq üçün borca girir, ya da rayondakı banklardan kredit götürüb doğum şöbəsinin baş həkiminə gətirib verirlər. Valideynlərdən birinin bizə bildirdiyinə görə pulu verə bilməyən valideynlərə doğum şöbəsində qəbulda baş həkimin pul yığan tibb işçisi bildirir ki, "get pulu tap gətir ver, yoxsa baş həkim uşağınıza nəsə edər” deyərək dogum evində ana olanların yaxınlarını qorxudaraq yola salır. Yeni dünyaya gələn körpələrinə həqiqətən nəsə edilməsindən qorxan valideynlər borc- xərc edərək doğum şöbəsinin baş həkiminin istədiyi rüşvəti gətirib verirlər.


XƏSTƏLƏRİ “AĞLARA” VƏ “QARALARA” BÖLƏN BAŞ HƏKİM HİPPOKRATI TANIMIR

Adıçəkilən xəstəxanadakı mövcud problemlərlə bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, xəstəxanada xəstələr üçün heç bir şərait yoxdur. Şəraitsizlik, antisanitariya və rüşvət həmin xəstəxananın devizidir. Bu tibb oçağında "rüşvət ayaq açıb yeriyir”. Burada olan ağxalatlılar isə özlərini bazar dəllalları kimi aparırlar. Xəstəyə pul mənbəyi kimi baxırlar. Pulu olmayan xəstə geri qaytarılır. Məlumatda bildirilir ki, əgər pulun yoxdursa, xətəxananın qapısından içəri girə bilməzsən. Başda baş həkim olmaqla, heç bir həkim maddi durumu aşağı olan xəstəni qəbul etmir. Və həkimlər bildirir ki, bizlik deyil, baş həkimin qərarıdır. Xəstəxananın bütün xəstələri qəbul etməyə imkanı yoxdur. Bütün bunları isə tibbi vəsaitlərin, tibbi dərmanların, tibbi avadanlıqların və ən nəhayət kadr çatışmazlığı ilə əlaqələndirirlər. Hüququnu bilən xəstələr mübarizə aparmağa çalışırlar. Lakin hüququnu bilməyən xəstələr isə gəldikləri kimi də gedirlər. Həkimlər hüquqlarını bilən xəstələrə isə hədə-qorxu gələrək gedin hara istəyirsiniz şikayət edin deyirlər. Redaksiyamıza məktub yazan rayon sakinlərindən biri həmin xəstəxanada problemlə üzləşən pasiyentlərdən biri olub. Bütün hüquqlarını bilən bu vətəndaş hara müraciət edibsə, heç bir nəticəsi olmayıb.

Məktubda o da qeyd olunub ki, xəstəxana kifayət qədər lazımi tibbi avadanlıqlarla təmin olunub. Lakin pasiyentlər bundan istifadə edə bilmirlər. onlardan yalnız baş həkim Elxan müəllimin qərarı ilə "VIP” şəxslər istifadə edə bilər. Narazı pasiyentlərin verdikləri məlumatlardan bəlli olur ki, həmin xəstəxanada qanunsuzluqlar baş alıb gedir. Sözügedən tibb müəssisəsinə üz tutanlar deyirlər ki, həmin qurumda işləyən həkimlər baş həkimdən kənar bir addım da ata bilməzlər. Demək olar ki, xəstəxananın qapıçısından tutmuş həkimlərə qədər hər kəs baş həkimi "görür”. Əks halda öz işlərindən ola bilərlər.
Bundan başqa xəstəxanada az sayda peşəkar həkim fəaliyyət göstərir. Peşəkar həkim qıtlığı adıçəkilən xəstəxananın bir nömrəli problemidir. Rayon sakinləri bu vəziyyətdən çox narahatdırlar.

Onlar bildirirlər ki, rayon xəstəxanasında insan sağlamlığını etibar etmək üçün barmaqla sayılacaq qədər peşəkar həkimlər var. Həkimlərin əsasən də tibb bacılarının əksəriyyəti baş həkimin tanış-tunuşudur. Ona görə də orada hansısa bir tibbi keyfiyyətdən söhbət gedə bilməz.

Qeyd edək ki, biz dəfələrlə Şamaxı rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı silsilə yazılar dərc etmişik. Hətda baş həkimin iki dəfə türmə həyatı da yaşadığını vurğulamışıq. Lakin Səhiyyə Nazirliyi göstərdiyimiz faktları qulaq ardına vurur. Biz bu barədə ölkə başçısına müraciət etmək məcburiyyətində qalmışıq. Yəqin ki, tezliklə araşdırmalara başlanılacaq, baş həkimin qanundankənar davranışları yoxlanılacaqdır.Mövzunu diqqət mərkəzində saxlayacağıq.

V.Elturan