backend

Jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşının övladları evdə ölü tapılıb — YENİLƏNİB

Jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşının övladları evdə ölü tapılıb — YENİLƏNİB













Zaqatalada mənzildə ana, bala və qardaşının övladının meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyiti aşkar edilib.

Hadisə baş verən zaman mənzildə NurAnin daha bir azyaşlı övladı olub, o, sağ qalıb. Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq üçün Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.
Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı və qardaşı uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
Jurnalist Əfqan Muxtarlının bacısı, bacısı və qardaşının övladları evdə ölü tapılıb — YENİLƏNİB