backend

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı – STATİSTİKA

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı – STATİSTİKA






















Sentyabr ayı ərzində 9,7 mindən çox sığorta müqaviləsi bağlanıb.

Sentyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9,7 mindən çox sığorta müqaviləsi bağlanıb.

qaynarxett.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.

“2014-cü ilin sentyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 9,405 , daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 225, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 142 sığorta müqaviləsi bağlanıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 977,689 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 18,690 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 31,814 manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 48,5% və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 14,21% artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 75,70%-i yaşayış evləri və mənzillər, 0,44%-i inzibati binalar, 23,86%-i digər daşınmaz əmlakla bağlı olub”, - məlumatda deyilir.