backend

İRANIN SABİQ PREZİDENTİ HƏBS OLUNUB! – Əhmədinecat aksiyalara görə ittiham olunur

İRANIN SABİQ PREZİDENTİ HƏBS OLUNUB! – Əhmədinecat aksiyalara görə ittiham olunur

İranın keçmiş prezidenti Mahmud Əhmədinecat həbs edilib.

“Report” xəbər verir ki, bu barədə “Al-Quds Al-Arabi” agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar.

Bu halda o, prezident Həsən Ruxani hökumətini ölkəni bacarıqsız idarə etməkdə ittiham edib.