backend

Ağcabədidə Əli Əliyev zülümü

Ağcabədidə Əli Əliyev zülümü














Suvarma Sistemləri İdarəsinin müdiri camaatı su üzünə həsrət qoyub

"Meliorasiya və Su Təsərrüfatı" ASC nin Ağcabədi rayonunda fəaliyyət göstərən su idarələri korrupsiya halları mövcuddur. Bu barədə qaynarxett.az-ya rayondan məlumat verilib. Məlumatda bildirilir ki, rayonun ən böyük su idarəsi Əli Əliyevin rəhbərlik etdiyi Ağcabədi Suvarma Sistemləri İdarəsidir. Bu idarə Ağcabədi rayonu ərazisində olan su kanallarının, direnlərininin, nasoslarının, təmiri, tikintisi və paylanmasına nəzarət edir.

2012-2013 cü illər ərzində Ağcabədi Suvarma Sistemləri İdarəsinə üst-üstə 1 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitlər isə nasos stansiyalarının, texnikaların təmirinə, kanalların təmizlənməsinə, ehtiyyat hissələrinin, maşın avadanlıqlarının, tikinti materiallarının alınmasına və sair işlərə xərclənib, həmçinin Əli Əliyev Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin xərclənməsində şişirtmələrə yol verərək dövlət vəsaitinin bir hissəsini mənimsəyib.

Bildirilir ki, Əli Əliyevin əsas qazanc mənbəyindən biri də rayon Meliorasiya idarəsidir. Belə ki, Ağcabədi Meliorasiya idarəsi rayon ərazisində olan drenlərin təmizlənməsi ilə məşğul olur. Meliorasiya idarəsinin həyata keçirdiyi təmizləmə işlərini isə Suvarma Sistemləri İdarəsi təhvil alır.

Məlumata əsasən Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevlə Meliorasiya idarəsinin müdiri Azər Rzayev əlbir olaraq təmizləmə əməliyyatı adı altında hər il dövlətin yüzminlərlə manat vəsaitini mənimsəyirlər. Meliorasiya İdarəsinin il ərzində həyata keçirdiyi bir neçə təmizləmə, təmir işlərini Əli Əliyev bütün Ağcabədi rayonunda yerləşən drenlərin, kiçik kanalların təmiri adı altında sənədləşdirərək Azər Rzayevin idarəsinə külli miqdarda vəsait köçürdür. Köçürülən yüzminlərlə vəsaitlər isə Meliorasiya İdarəsinin müdiri ilə Əli Əliyev arasında bölüşdürülür.

Ağcabədi rayonundakı drenlər hal-hazırda bərbad vəziyyətdədir və drenlərin təmizlənməməsinə görə min hektarlarla yararlı torpaq sahələri yararsız vəziyyətə düşmək üzrədir. Son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə aşağı düşüb. Mütəxəssislər isə məhsuldarlığın aşağı düşməsini məhz əkin torpaqlarında şoranlaşmanın artaması ilə əlaqələndirirlər. Suvarma Sistemləri İdarəsi müdirinin vəsait silmə maxinasiyasında ortaqlarından birinində Mübariz İbrahimovun rəhbərlik etdiyi rayon Melioservis idarəsi olduğu qeyd olunur. Melioservis idarəsi daxili müqavilə əsasında Suvarma Sistemi İdarəsinin, Meliorasiya İdarəsinin, fermerlərə, təşkilatlara, sahibkarlara müxtəlif növ melioservis xidməti göstərir, müxtəlif növlü torpaq işləri görür, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərini və digər təmir işlərini həyata keçirir.

Məlumatda deyilir ki, Əli Əliyev hər il kanallarda təmir işlərini, kənd torpaqlarına kiçik kanalların çəkilməsi işlərini daxili müqavilə əsasında Melioservis idarəsinə verir və idarə müdirindən müəyyən faiz alır. Rayon Suvarma Sistemləri idarəsinin il ərzində Melioservis idarəsinə yüz min manata yaxın köçürmə əməliyyatı həyata keçirdiyi və bu vəsaitin təxminən 30 faizinin nəğd şəkildə Əli Əliyevə çatdığı qeyd olunur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.