backend

Balakəndə dəhşətli qətl

Balakəndə dəhşətli qətl






















Meşədə qətlə yetirilmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Balakən rayonunda odlu silahla qətl törədilib.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, hadisə Balakən rayonun Gərəkli kəndində dağlıq ərazidə qeydə alınıb. Meşə zolağında qətlə yetirilmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin rayonun Qullar kənd sakini, 1982-ci il təvəllüdlü Umarov Vaqif İbrahim oğlu olması müəyyən edilib. Güllə onun döş qəfəsinin sağ nahiyəsindən daxil olaraq kürək nahiyəsindən çıxıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.