backend

Paytaxtda ər arvadını vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

Paytaxtda ər arvadını vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB























“Ona mesajlar gəlirdi”.

Bakıda Qurban bayramı günü ailə münaqişəsi zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.

qaynarxett.az Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, 35 yaşlı kişi özündən 14 yaş kiçik olan həyat yoldaşını azyaşlı övladlarının gözü qarşısında amansızlıqla öldürüb. O, dərhal evdən çıxaraq uzaqlaşıb.

Polis tərəfindən saxlanılan Rabil Abbasov həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Onun sözlərinə görə, həyat yoldaşının mobil telefonuna yad kişidən mesaj gəlib.

R.Abbasov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkum olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:45

Bakıda qətl törədilib.

qaynarxett.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1979-cu il təvəllüdlü Rabil Qabil oğlu Abbasov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səadət Əlikram qızı Bağırovanı bıçaqlayıb.

S.Bağırova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisəni törədən R.Abbasov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.