backend

TƏCİLİ!!! Fransa prezidentinin HƏRƏKƏTİ Ermənistanı bir-birinə qatdı

TƏCİLİ!!! Fransa prezidentinin HƏRƏKƏTİ Ermənistanı bir-birinə qatdı

Fransa prezidenti Emmanuel Makron erməniləri məyus edib

Makron yanvarın 30-da Fransada yerləşən Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) tərəfindən qondarma "erməni soyqırımı"nın anım mərasiminə dəvət edilib.

CCAF-ın həmsədrləri Ara Toranyan və Murad Papazyan Makronu Türkiyəni tənqid etməyə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməyə səsləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoq siyasətini müdafiə edən və Qarabağ münaqişəsində bitərəfliyini qoruyan Makron ermənilərin təklifindən qəti şəkildə imtina edib: “Sizi bir daha məyus edəcəyəm. Çünki, Qarabağa səfər etməyəcəyəm. Əgər belə bir addım atsam, Fransanın bu münaqişədəki vasitəçi rolunu, neytral və effektiv mövqeyini itirə bilərəm”.