backend

Bakıda güclü partlayış: Ölən var - YENİLƏNİB + FOTO + VİDEO (18+)

Bakıda güclü partlayış: Ölən var - YENİLƏNİB + FOTO + VİDEO (18+)























Partlayışda xəsarət alan keçmiş pilot dünyasını dəyişib.

Bakıda dörd gün əvvəl evində baş verən partlayış nəticəsində yaralanan keçmiş pilot dünyasını dəyişib.

qaynarxett.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, məlum hadisə oktyabrın 5-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb. Vaqif Hacıyevin evinin yardımçı otağında su qızdırıcısında qaz sızmasından yanğına keçən ani partlayış baş verib.

Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən V.Hacıyev bu gün orada dünyasını dəyişib.

Qeyd edək ki, V.Hacıyev əvvəllər pilot olub.

8.10.2014 19:28

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mağazada baş vermiş partlayışla bağlı məlumat yayıb.

qaynarxett.az-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış hadisəsi baş verib.

Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən, dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, dörd nəfər xəsarət alan şəxs isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

18:37

Bakıda mağazada baş verən partlayış nəticəsində 1 nəfər həlak olub.

qaynarxett.az xəbər verir ki, Vesti.az saytının məlumatına görə, partlayış Binəqədi rayonunun Biləcəri qəsəbəsində, “Army” marketdə baş verib. Marketin şirniyyat bişirmə sexində qaz balonunun partladığı bildirilir.

Hadisə nəticəsində bir nəfər mağaza əməkdaşı həlak olub, daha beş nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

18:12

Bakıda mağazada partlayış olub.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə saat 17.30 radələrində Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzalı yaxınlığında yerləşən “Army” marketdə qeydə alınıb.

Partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından verilən məlumata görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Bakıda güclü partlayış: Ölən var - YENİLƏNİB + FOTO + VİDEO (18+)

Bakıda güclü partlayış: Ölən var - YENİLƏNİB + FOTO + VİDEO (18+)