backend

Salyanın icra başçısı boru biznesinə girişib

Salyanın icra başçısı boru biznesinə girişib












İcra başçısının boru biznesinə girişməsinin isə maraqlı tarixçəsi var.

Redaksiyamıza Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun biznes fəaliyyəti ilə bağlı maraqlı informasiya daxil olub. İcra başçısının boru biznesinə girişməsinin isə maraqlı tarixçəsi var.
Məlumatlarda iddia olunur ki, icra başçısı boru biznesinə girişib və bu işdən onun əsas dəstəkçisi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdur.
Belə ki, Tahir Kərimov hələ bir xeyli əvvəldən Sumqayıt və Salyandakı iki plastik zavodu ələ keçirməyə nail olub. Bu zavodlar sənədlərdə fəaliyyətsiz kimi göstərilsə də, faktiki olaraq plastik boru istehsalı ilə məşğul olub. Redaksiyamıza verilən xəbərlərdə deyilir ki, Salyanın icra başçısının belə bir əməliyyata baş vurmasının səbəbi böyük pullar qazanmaq həvəsindən irəli gəlib. Məlumatlara görə, Tahir Kərimovun nəzarətindəki zavodlarda istehsal olunan borular, şişirdilmiş rəqəmlərlə «Azərsu» ASC-yə satiılıb.
Qorxmaz Hüseynovla şərikli şəkildə hərəkət edən icra başçısı bununla da böyük məbləğdə vəsaitləri ələ keçirə bilib. İddia edilir ki, Salyanın rəhbəri Bakı və bəzi rayonlarda kanalizasiya xətlərinin çəkilməsində istfadə olunan boruları qarşı tərəfə təklif edib. Real rəqəmlərdən daha baha qiymətə satılan həmin borular vasitəsi ilə əldə olunan qazanc isə tərəflər arasında bölüşdürülüb.
Verilən məlumatlarda o da deyilir ki, hal hazırda Biləsuvar və Salyan rayonlarında kanalizasiya xətlərinin çəkilməsi zamanı istifadə olunan plastik boruları da Tahir Kərimovun zavodları verir. Bəzi məlumatlarda isə deyilir ki, Qorxmaz Hüseynovun “Azərsu” ASC-yə rəhbər gətiurilməsində Tahir Kərimovun müstəsna xidmətləri olub. Belə ki, Salyanın icra başçısı bir zamanlar onunla biznes ortağı olmuş Hüseynovu bu posta təqdim etdirməklə daha böyük pulları əldə edib özünün güclü şəbəkəsini yaratmaqdı.

P.S. «Azərsu» ASC ilə «Monolit» şirkəti arasında da inanılmaz maliyyə yeyintiləri barədə növbəti günlərdə geniş məlumat verəcəyik.