backend

İrana müalicəyə gedən azərbaycanlılara – PİS XƏBƏR

İrana müalicəyə gedən azərbaycanlılara – PİS XƏBƏR






















Qiymətlərdə yüksək artım var.

Müalicə və müayinə məqsədilə İrana gedən Azərbaycan vətəndaşlarına xoşagəlməz xəbər var.

qaynarxett.az Modern.az-a istinadən xəbər verir ki, İran hökuməti tərəfindən bütün tibbi klinikalara verilən göstərişə əsasən, bu ölkəyə gedən Azərbaycan vətəndaşları üçün müalicə və müayinə qiymətləri qaldırılıb.

Eyni zamanda, Azərbaycan vətəndaşları üçün orqanların transplantasiyasının da hələlik dayandırıldığı bildirilir.

İrandan qayıdan Azərbaycan vətəndaşlarının Modern.az-a bildirdiyinə görə, bu yaxınlaradək müalicə və müayinə məqsədilə qonşu ölkəyə gedən soydaşlarımıza iranlılarla ciddi fərq qoyulmurdu.

Əgər indiyə kimi Azərbaycan vətəndaşlarının ultrasəs müayinəsindən (USM) keçməyə, qan və digər analizlərə, müayinə və müalicəyə görə ödənişləri tibbi siğortası olan İran vətəndaşlarından cüzi fərqlənirdisə, bundan sonra həmin fərq əvvəlkindən 2 dəfə artıq olacaq.

Qeyd edək ki, Azərbaycandan qonşu ölkəyə müayinə olunmağa, müalicə almağa, orqan transplantasiyası məqsədilə gedənlərin dəqiq sayı bəlli olmasa da, onların ildə yüz minlərlə olduğu bildirilir. Bunu Astara və Biləsuvar gömrük-keçid məntəqəsində müşahidə aparmaqla da söyləmək mümkündür. Qonşu ölkəyə bu axın təkcə ona görə deyil ki, azərbaycanlılar iranlı həkimlərə inanır, həm də ona görə ki, oradakı müalicə və tibbi təhlillərin xərcləri soydaşlarımızı qane edir.

Qiymətlərdəki dəyişikliyin İrana üz tutan Azərbaycan vətəndaşlarının sayına ciddi təsir edib-etməyəcəyi yaxın aylarda bəlli olacaq. Amma xəstələr bu artımdan sonra da İranda müalicə və müayinə xərclərinin Azərbaycandakından ucuz olaraq qaldığını vurğulayırlar.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bir neçə ay öncə verdiyi açıqlamada bildirib ki, ildə 1 milyon Azərbaycan vətəndaşı İrana müalicə və müayinə məqsədi ilə səfər edir. Səfir onların əsasən Tehran, Təbriz şəhərlərinə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil əyalətlərinə səfər etdiklərini vurğulayıb