backend

Gecə-gecə əhaliyə BƏD XƏBƏR — Ekspertdən ŞOK - Buna nə deyək?

Gecə-gecə əhaliyə BƏD XƏBƏR — Ekspertdən ŞOK - Buna nə deyək?

Bakıda ərzaq məhsulları niyə bahalaşır? — Ekspertdən ŞOK İDDİA

Son günlər Bakıda ərzaq məhsullarının qiymətində bahalaşmalar müşahidə edilir. Qiymət artımı ən çox gündəlik istifadə olunan məhsullarda sezilir. Marketlərdə yağın, südün, toyuğun qiymətində müəyyən bahalaşmalar hiss edilir. Kənd təsərrüfatı bazarlarında da qiymət artımını görmək mümkündür. Əsasən meyvə-tərəvəzdə az da olsa bahalaşmalar olur. Mütəxəssislər isə ərzaq məhsullarının bahalaşmasının iqtisadi əsaslara söykənmədiyini düşüünrlər

İqtisadçı ekspert Vüqar Bayramov “Ölkə.Az”a açıqlamasında bildirib ki, bahalaşma ən çox idxal olunan ərzaq məhsullarında müşahidə olunur. Onun sözlərinə görə, bahalaşma süni qiymət artımının təcəssümü ola bilər.

“Apardığımız monitorinqlər göstərir ki, istehlak bazarında qiymət artımı var. Bahalaşma daha çox idxal olunan ərzaq məhsullarında müşahidə olunur. Dünya bazarında ərzaq məhsullarının qiymətində bahalaşma nəzərə çarpmır. Fevral ayından bəri manatın məzənnəsi stabildir. Bu zaman iqtisadi baxımdan idxal olunan məhsulların qiymətində bahalaşma olmamalıdır. Çox təəssüf ki, bütün bunlara baxmayaraq, istehlak bazarında qiymət artımları müşahidə olunur. Bu bahalaşmanın iqtisadi əsasları yoxdur. Ona görə də, hazırda Azərbaycanda qiymət artımlarının iqtisadi səbəblərini izah etmək olduqca çətindir.

Hazırda ən çox istifadə olunun kərə yağı və ətin qiymətində artım müşahidə olunur. Bu da əhalinin xərclərini artırır. Əgər süni qiymət artımı varsa, bu da müəyyən qurumların tərəfindən yoxlanılmalı və bunun qarşısı alınmalıdır”, - deyə ekspert bildirib.

V.Bayramov deyir ki, payız aylarında mövsümü kənd təsərrüfatı məhsullarının istehsalı başa çatdığı üçün təklifdə azalmalar müşahidə edilir. Onun sözlərinə görə, bu da qiymətlərin artımına səbəb olan amillərdəndir: “Beləliklə kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşmalar proqnozlaşdırılandır. Çünki yerli məhsulların sayı azalacaq və qiymətlərdə bahalaşma müşahidə olunacaq”.

İqtisadçının sözlərinə görə, mövcud vəziyyəti nəzərə alsaq, sənaye məhsullarında qiymət artımı olmamalıdır: “Əsasən geyimlərdə bahalaşma baş verməməlidir. Lakin həqiqətdə bu sahədə bahalaşmanın baş verməyəcəyini proqnoz etmək çox çətindir”.